Bakıda "Ford" "Mercedes"ə çırpıldı, xəsarət alan var FOTO


Digərləri 29 Okt 2018 09:24:00 312 0

Bakıda "Ford" "Mercedes"ə çırpıldı, xəsarət alan var  FOTO

Bakıda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

99 XL 927 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili yolda idarəetməni itirərək qarşısındakı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili yolun kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb.

Qəza səbəbindən yolda tıxac yaranıb.


Xəbərə aid fotolar