667 nəfər imtahanda uğur qazanıb


Digərləri 29 Okt 2018 09:07:00 241 0

667 nəfər imtahanda uğur qazanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 28 oktyabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1456 namizəddən 15 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:52-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə - 1 nəfər;

BA2 altqrupu üzrə - 1 nəfər;

BA3 altqrupu üzrə - 21 nəfər;

BA4 altqrupu üzrə - 39 nəfər;

BB1 altqrupu üzrə - 124 nəfər;