"Bir də onda ayıldım ki, artıq aktrisayam" FOTO


Kriminal 29 Okt 2018 03:30:00 277 0

"Bir də onda ayıldım ki, artıq aktrisayam"  FOTO

Leyla Lydia Tuğutlu: "Yaşam qaynağım sevgidir" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Son zamanlar Türkiyə seriallarında yeni-yeni məşhurlaşan gənc aktrisalar gündəmin əsas mövzusudur. Bu gün Türkiyədə çəkilən seriallarda yeni simalar görünür və onlar kifayət qədər sevilir, məşhurlaşırlar. Türkiyə kino aləmində yeni-yeni tanınmağa başlayan  Leyla Lydia Tuğutlu yerli mediaya müsahibə verib. Hazırda  "TV-8" kanalında yayımlanan "Kızım" serialında baş rolu canlandıran aktrisa, bu sənətə modellikdən gəldiyini deyib.    - Almaniyadan Türkiyəyə uzanan rəngli yaşam hekayənizi eşidə bilərikmi?

- Berlində dünyaya gəlişəm. Gözəl bir uşaqlıq keçirmişəm. İbtidai sinfə Berlində getmişəm, təxminən 6 yaşımda olarkən Türkiyəyə gəldik. Orta təhsilimi  Türkiyədə davam etdirdim. Almaniyada yaşadığımız illərdə atam mənimlə türk dilində danışdığı üçün bu dili öyrənməkdə və mədəniyyətə adaptasiya olmaqda heç də çətinlik çəkmədim. Həyatımın böyük hissəsi Türkiyədə keçib. İlk əvvəl məktəblə birlikdə, konservatoriyada musiqi təhsili aldım. 2005-ci ildə modellik yaraşmasına qatıldım və bir neçə il model sənəti üzrə çalışmağa başladım. 2008-ci ildə gözəllik yarışmasına qatıldım və aparıcı olaraq fəaliyyət göstərməyə başladım. Bundan sonra uğurlarımın davamı gəldi və bir də onda ayıldım ki, artıq aktrisayam.

- Aktrisalıq, modellik, konservatoriya təhsili kimi bir çox fərqli sahələrdə təcrübələriniz olub. Özünüzü bunlardan hansına daha yaxın hiss edirsiniz?

- Özümü ən çox aid hiss etdiyim yer aktrisalıq və  musiqi sənəti olub. Bundan başqa, oxumaq, yazmaq, idman etmək və yoqa ilə məşğul olmağı çox sevirəm.   - Yaşam enerjinizin qaynağı nədir?

- Yaşam enerjimin qaynağının sevgi olduğuna inanıram.    - Özünüzün ən çox sevdiyiniz tərəfləriniz hansılardır?

- Humanist, heyvansevər və realist bir insan olduğumu düşünürəm.   - Ekranla necə tanış oldunuz, sizi buna kim cəsarətləndirdi?

- Kiçik yaşlarımda, ailə dostlarımız hər zaman televiziyada bir iş görə biləcəyimi deyirdilər. Uşaq olarkən onların bu sözləri mənə tam olaraq çatmırdı. Ancaq yeniyetmə yaşlarımda model olmağı çox istəmişdim və bu işə model kimi daxil oldum. Sonrası isə özündən inkişaf etməyə başladı. Daha sonra isə aparıcı kimi fəaliyyət göstərdim. Özümü ekranda görəndə qürur duymuşdum və çox həyəcanlanmışdım. Aylıq maaşla bir şirkətdə çalışmaq və insanlardan gözəl reaksiyalar almaq mənim xoşuma gəlmişdi.    - Hazırda hansı layihələrdə rol alırsınız?

- Hazırda "Cebimdəki yabancı" filmindən sonra yeni bir layihə ilə ekrana geri döndüm. Uzun müddət gözlədikdən sonra "Kızım" serialının ssenarisini oxudum və özümü həmin obrazda və xarakterdə gördüm.   - Serialda  sizi ən çox cəzb edən nə oldu?

- Həyatdan götürülmüş bir ssenarisi var idi. Ssenaridə heç bir şişirtmədən istifadə olunmamışdı və hadisələr sanki həyatın içində yaşanırdı. İnsanları güclə nəyəsə inandırmır və tamaşaçıya təqdim olunan dramın içərisində bir çox komik anlar da var. Üzümüzü güldürən, ümidverən bir hekayədir. Elə seriallar var ki, onları izləyərkən çox yorulursunuz. Ancaq "Kızım" serialı onlardan deyil.    - "Cebimdeki yabancı"dan sonra ikinci dəfə Buğra Gülsoy ilə bir layihədə rol alırsınız və bu dəfə sizi tərəfdaş olaraq görürük.

- Buğra onsuz da, çox yaxşı bir aktyordur. "Cebimdeki yabancı" da çox uğurlu alınmışdı.  Bu serial isə ikimiz üçün də yenilik olacaq. Buğra ilə çox gözəl münasibət qurmuşuq. Mənim üçün iştirak edəcəyim layihələrdə oynayacağım insanlarla enerjimin tutması və yaxşı yola gedə bilmək çox önəmlidir. Çünki bunun tamaşaçıya keçdiyini düşünürəm.

- Aktyorluq həyatınızda dönəm nöqtəsi hansı rolunuz olub?

- Əslində mənim üçün canlandırdığım obrazların hamısının yeri ayrıdır və oynadığım rolların hamısı fərqli xarakterlərdir. Amma kino sahəsində mənə çox gözəl təsir göstərən "Delibal" filmi olub.   - Heç oynamadığınız, amma mütləq şəkildə təcrübədən keçirmək istədiyiniz bir xarakter, obraz varmı?


Xəbərə aid fotolar