"Toppuş bacı"nın ölüm xəbəri, Elzaya baş qoşmamaq, dekolteli xanəndə, həbsxanadakı Fədayə və Coşqunun xərçəngi


Şou-biznes 29 Okt 2018 00:45:00 111 0

"Toppuş bacı"nın ölüm xəbəri, Elzaya baş qoşmamaq, dekolteli xanəndə, həbsxanadakı Fədayə və Coşqunun xərçəngi

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (195-ci say) təqdim edir.

Elza Seyidcahan verilişə üç bacısı və nəvəsi Səmərruxla qatılıb. İndi tənqid edəcəm, yenə də qızı "Facebook"da yazacaq ki, anamın paxılıığını çəkirsiz. Paxıllığını e. Elza deyəsən qarşısına məqsəd qoyub ki, qohum-əqrəbada kim varsa, hamını efirə çıxaracaq. Hamının adından danışa bilmərəm. Amma öz adıma deyə bilərəm ki, bəzi bəstələrini çıxmaq şərtilə, oxumağı da daxil olmaqla bu qadının maraqlı olan tərəfini görmürəm. Yadımdadır, bir dəfə də verilişdə özünü əfsanəvi cazmen Vaqif Mustafazadə ilə müqayisə etmişdi. Elə onda başa düşmüşdüm ki, bu qadınla mübahisə etməyə dəyməz. Kimsə qalxıb desə ki, o da başqa bir əfsanənin - Arif Məlikovun tələbəsi olub. Mən də deyəcəm ki, onu Arif Məlikovun dərsində neçə dəfə görən olub? Kiminsə kursunda adı getmək başqadır, ondan öyrənmək isə bakılılar demiş, tamam alayı şeydü.

Saytlar müğənni Bahar Lətifqızının efirə dekolte geyimdə çıxmasını qeyri adı şey zənn edib "xanəndə efirə dekoltedə çıxdı" kimi başlıqlar yazıblar. Razıyam, Bahar Lətifqızı yaxşı səsdir, bəzi möhürü vurulmuş mahnıları da özünəməxsus şəkildə oxuyub. Amma ondan kim nə vaxtsa xanəndə davranışı görüb? Şəxsən mən hansısa xanəndənin efirə çıxıb "üç dəfə ərdə olmuşam" deməsini xatırlamıram. Lap tutaq ki, kimsə beş dəfə ərə gedibsə də, bunu efirə açıqlamaq ayıb deyilmi? Axı guya Allah qoymasa bu insanların müəyyən pərəstişkar kütlələri var və o kütlənin içərisindən hansısa gənc qız düşünə bilər ki, mən də dörd-beş dəfə ərə getsəm, yaxşı müğənni ola bilərəm. Ona görə də Baharın efirə dekoltedə yox, şortikdə çıxması da mənimçün qəribə deyil.

Ötən həftə böcək söhbəti yazmışdım ha, müğənni Nadir Qafarzadə də oxşar status paylaşıb. Amma sənətçi həyat yoldaşı barədə yazıb o sözləri. Yazıb ki nə yaxşı ki, həyatımda varsan! Sevdiyim insan, mənim uğur böcəyim. Yenə başqasının kişisinə böcəyim yazan qadın sənətçiyə baxanda, Nadirə min şükür. Bəzən çox sərt açıqlamaları olur, bəzən yersiz atmacalar edir, yersiz fikirlər səsləndirir, amma yenə də bayaq dediyimə baxanda Nadir toya getməlidir. Yeri gəlmişkən, həmin qadın oxuyan artıq "böcəkdən" əl çəkib və başqa böcəklərin axtarışına çıxıb.

Xalq artisti Brilyant Dadaşova oğlundan danışıb. Deyib, oğlum deyir ki, mənimlə yaşasa, arvadı ilə yata bilməz. Bax elə bu cür də deyib ha. Vallah, nə deyim. O boyda səs, o boyda sənət, görülən işlər və bu açıqlama. Beynimdə tərəziyə qoyuram, nəsə hesab-kitab düz gəlib çıxmır. Bu açıqlamanı vermək məcbur idimi? Sabah da oğlunuz evlənəndə yazacaqlar ki, bağ belə gəldi, bostan belə getdi. Onda da xətrinizə dəyəcək ki, niyə belə şeylər yazırsınız. Ümumiyyətlə, sənət adamlarının qəribə xüsusiyyətləri var. Saytlara danışmaq istəmədiklərini çıxıb efirdə həvəslə danışırlar.

Zəngilansız 25 il... like
  • 29 Okt 00:05  
Siyasət Zəngilansız 25 il...

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan s

arrow Ətraflı
Günün qoroskopu: bu gün çətinliklər istisna deyil like
  • 29 Okt 00:01  
Digərləri Günün qoroskopu: bu gün çətinliklər istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Zəngilansız 25 il... like
  • 29 Okt 00:01  
Digərləri Zəngilansız 25 il...

Oktyabrın 29-da Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan s

arrow Ətraflı
Ağcabədidə top mərmisi tapılıb  FOTO like
  • 28 Okt 23:59  
Digərləri Ağcabədidə top mərmisi tapılıb FOTO

Ağcabədi rayonunda bir ədəd PHS tapılıb.

arrow Ətraflı
Kök model partiyə yarıçılpaq yollandı  FOTO like
  • 28 Okt 23:58  
Digərləri Kök model partiyə yarıçılpaq yollandı FOTO

Britaniyanın populyar plus-size modellərindən olan Felisiti Heyuord Londonda

arrow Ətraflı
Arıqlamaq üçün məsləhətlər like
  • 28 Okt 23:55  
Digərləri Arıqlamaq üçün məsləhətlər

Doktor Ozun bu arıqlamaq məsləhətləri ilk baxışdan həddən artıq uzun g

arrow Ətraflı
Ailə biznesin xüsusiyyətləri like
  • 28 Okt 23:50  
Digərləri Ailə biznesin xüsusiyyətləri

Ailə münasibətləri inam və güclü əlaqələr ilə fərqlənir. Şəxsi b

arrow Ətraflı
Universitetlərdə mobil telefonların istifadəsi like
  • 28 Okt 23:45  
Digərləri Universitetlərdə mobil telefonların istifadəsi

Təhsil dünyasının son dövrlərdəki ən qızğın müzakirələrindən biri

arrow Ətraflı
Kvirikaşvili siyasətə qayıtmaq fikrində deyil like
  • 28 Okt 23:44  
Dünya Kvirikaşvili siyasətə qayıtmaq fikrində deyil

Gürcüstanın keçmiş baş naziri Georgi Kvirikaşvili yenidən siyasətə qay

arrow Ətraflı
Avropa səhiyyəsində bir ilk həyata keçirilir like
  • 28 Okt 23:43  
Dünya Avropa səhiyyəsində bir ilk həyata keçirilir

İspaniyada xəstələrə bəzi dərman preparatlarının tibb bacılarının t

arrow Ətraflı
ABŞ Meksika ilə sərhədə qoşun yığır like
  • 28 Okt 23:41  
Dünya ABŞ Meksika ilə sərhədə qoşun yığır

Amerikalı hərbçilər artıq ölkənin cənub sərhədlərinə beton maneələ

arrow Ətraflı
Düşüncəni dəyişməyin yolları like
  • 28 Okt 23:40  
Digərləri Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi

arrow Ətraflı
Bu oteldə bir gecə qalmaq cəsarət tələb edir  FOTO like
  • 28 Okt 23:39  
Digərləri Bu oteldə bir gecə qalmaq cəsarət tələb edir FOTO

Son.az axşam.az-a istinadən dünyanın ən qorxulu otelləri haqda məlumatlar

arrow Ətraflı
Qabığı özündən daha faydalıdır like
  • 28 Okt 23:36  
Digərləri Qabığı özündən daha faydalıdır

Hər birimiz portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik

arrow Ətraflı
Dünyanın "ən eybəcər şəhəri" like
  • 28 Okt 23:35  
Digərləri Dünyanın "ən eybəcər şəhəri"

İsveçin Dalarna vilayətində yerləşən Borlenqe şəhəri ölkənin "

arrow Ətraflı