Düşüncəni dəyişməyin yolları


Digərləri 28 Okt 2018 23:40:00 114 0

Düşüncəni dəyişməyin yolları

Biri var idi, biri yox idi, bir Viktor var idi. Psixologiya professoru, yəhudi idi. Hitler Almaniyası vaxtında digər yəhudilər kimi onu və ailəsini də ölüm düşərgəsinə sürgün etmişdilər. Bu düşərgələrdə insanları qul kimi işlədir, onları döyür, ac saxlayır, zülm edir və öldürürdülər. İnsanlar dəli olmaq həddinə çatır, çoxları özünə qəsd edir, sağ qalanlar böyük psixoloji travma alırdılar.

Son.az meslehetdir.com-a istinadən bildirir ki, Viktor da çox əziyyət çəkirdi, gözünün qarşısında ailəsini qul kimi işlədir, işgəncə verirdilər. Hər gün psixoloji vəziyyəti daha da pisləşirdi. Viktor başa düşürdü ki, ətrafdakı hadisələr onu dəlilik həddinə çatdırmağa doğru gedir. Vəziyyətdən çıxış yolunu düşüncələrini dəyişməkdə tapdı. O fikirləşdi ki, əgər baş verən hadisələrə başqasının gözü ilə baxsa və bu hadisələrə sonradan tələbələrinə danışacağı, yaxud kitabda yazacağı əhvalat kimi təsəvvür etsə indiki kimi əziyyətli, qorxulu olmaz. Beləliklə, ona işgəncə veriləndə Viktor bunun nə qədər ağrılı olması əvəzində tələbələrinə nə danışacağı haqda ssenarilər qurur, kitabında bu olanları necə yazacağı haqda düşünürdü.

Artıq baş verənlər onu əvvəlki qədər incitmirdi, əksinə, həvəsləndirirdi. Hər yeni əziyyətə maraqlı bir hekayə kimi baxırdı. Viktorun bütün bu dəhşətlərin içində həyata optimist baxışı başqalarına da təsir etməyə başlamışdı. Düşərgədəki hamı daha pozitiv, daha inamlı olmuşdu. Bir neçə ay sonra Almaniya müharibədə məğlub oldu, Nazi Almaniyası dağıldı və ölüm düşərgələrindəki insanlar xilas edildilər. Viktor düşərgədə keçirdiyi il ərzində nəinki dəli olmadı, hətta universitetdəki işinə qayıdıb ölüm düşərgələri və çətin vəziyyətdə insanın öz düşüncələrini idarə etməsi haqda müzahirələr deməyə başladı və düşərgədəki günləri haqda kitab yazdı. Söhbət psixologiyada böyük iz qoymuş və yeni nəzəriyyələr yaratmış məşhur alim Viktor Frankldan gedir.

Hər gün biz müxtəlif hadisələr yaşayırıq. Üzündən yağan zəhrimarın az qala kofemizə töküldüyü ofisiant oğlan, küçədə çantasını sənə vurub üzr istəməyi bir qırağa, 'aaa yoluva bax daaa aaa!!' deyib keçən Aaaaa adında qız, 'Maşın boşdu?' sualını 'Başın boşdu?' kimi başa düşüb 'razborka' eləməyə başlayan taksi sürücüsü AyBrat dayı və hər birimizin dünyadakı ən sevimli insanı müdirimizin gülər üzlə dediyi, adamın başından qaynar su yox, şəlalə tökən sözləri ilə hamı rastlaşıb. Bu cür mənfi hadisələri və mızmız insanları özümüzə yaxın buraxanda stressli oluruq, əhvalımız korlanır, bəzən günlərlə eyni hadisənin və ya insanın mənfi təsiri altında yaşayırıq.

Gələn dəfə əhvalının korlanmasına görə AyBrat dayını günahlandıranda Viktor Franklı yadına sal. Sənin başına nə gəlməsini idarə edə bilməzsən, amma buna necə reaksiya verməyin sənin iradən altındadır. Enerjini və cavabını diqqətlə seç. Yadda saxla:

Bu oteldə bir gecə qalmaq cəsarət tələb edir  FOTO like
  • 28 Okt 23:39  
Digərləri Bu oteldə bir gecə qalmaq cəsarət tələb edir FOTO

Son.az axşam.az-a istinadən dünyanın ən qorxulu otelləri haqda məlumatlar

arrow Ətraflı
Qabığı özündən daha faydalıdır like
  • 28 Okt 23:36  
Digərləri Qabığı özündən daha faydalıdır

Hər birimiz portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik

arrow Ətraflı
Dünyanın "ən eybəcər şəhəri" like
  • 28 Okt 23:35  
Digərləri Dünyanın "ən eybəcər şəhəri"

İsveçin Dalarna vilayətində yerləşən Borlenqe şəhəri ölkənin "

arrow Ətraflı
Flora Kərimovanın vannada çəkilmiş şəkli müzakirəyə səbəb oldu  FOTO like
  • 28 Okt 23:34  
Şou-biznes Flora Kərimovanın vannada çəkilmiş şəkli müzakirəyə səbəb oldu FOTO

Xalq artisti Flora Kərimova sosial media hesabında yeni fotosunu paylaşıb.

arrow Ətraflı
Dünyanın ən çox qazanan aktrisaları like
  • 28 Okt 23:33  
Digərləri Dünyanın ən çox qazanan aktrisaları

"Forbes" jurnalı hər il olduğu kimi, bu il də dünyanın ən çox

arrow Ətraflı
Serial ulduzu şouya alt paltarsız qatıldı  FOTO like
  • 28 Okt 23:30  
Digərləri Serial ulduzu şouya alt paltarsız qatıldı FOTO

Britaniyada populyar "Made In Chelsea" realiti-serialının ulduzu, ak

arrow Ətraflı
Ağcabədidə top mərmisi tapılıb (FOTO) like
  • 28 Okt 23:28  
Digərləri Ağcabədidə top mərmisi tapılıb (FOTO)

Ağcabədi rayonunda bir ədəd PHS tapılıb.

arrow Ətraflı
İngilis dilini öyrənməyin like
  • 28 Okt 23:25  
Digərləri İngilis dilini öyrənməyin

Xarici dil öyrənərkən özümüz-özümüzə mane ola bilirik. Amma, əslind

arrow Ətraflı
Sərxoş kişi avtobusda iki gənc oğlanı bıçaqladı  VİDEO like
  • 28 Okt 23:22  
Dünya Sərxoş kişi avtobusda iki gənc oğlanı bıçaqladı VİDEO

Rusiyada avtobusda sərxoş sərnişin iki nəfəri bıçaqlayıb.

arrow Ətraflı
Özünü ifadə edə bilmək üçün like
  • 28 Okt 23:20  
Digərləri Özünü ifadə edə bilmək üçün

Müasir təhsil sistemi əzbərçilik üzərində qurulub, gənclər kitabları

arrow Ətraflı
David Bakradze məğlub olduğunu etiraf edib like
  • 28 Okt 23:18  
Dünya David Bakradze məğlub olduğunu etiraf edib

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə nami

arrow Ətraflı
Yevlaxda minik maşını maneəyə çırpılıb like
  • 28 Okt 23:17  
Digərləri Yevlaxda minik maşını maneəyə çırpılıb

Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəz

arrow Ətraflı
Salyan sakini həmkəndlisini bıçaqlayıb like
  • 28 Okt 23:16  
Digərləri Salyan sakini həmkəndlisini bıçaqlayıb

Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
“Walmart” 220 milyon dollarına qənaət edəcək like
  • 28 Okt 23:15  
Digərləri “Walmart” 220 milyon dollarına qənaət edəcək

Düşünürsünüzsə, bir şirkətdə kiçik dəyişikliklər ilə böyük qən

arrow Ətraflı
“Gürcüstanda seçicilərin fikir ifadə etməsinə heç bir təsir olmayıb” like
  • 28 Okt 23:13  
Siyasət “Gürcüstanda seçicilərin fikir ifadə etməsinə heç bir təsir olmayıb”

"Gürcüstanda keçirilmiş prezident seçkilərində seçicilər azad şə

arrow Ətraflı