Ağcabədidə top mərmisi tapılıb (FOTO)


Digərləri 28 Okt 2018 23:28:53 272 0

Ağcabədidə top mərmisi tapılıb (FOTO)

Ağcabədi rayonunda bir ədəd PHS tapılıb.

Bakı. Ağcabədi rayonunda bir ədəd PHS tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 28 oktyabr tarixində saat 16:52-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və saat 16:55-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.