Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub


Digərləri 28 Okt 2018 23:12:00 232 0

Şəmkirdə 10 yaşlı uşağı avtomobil vurub

Şəmkir rayonunda 10 yaşlı piyadanı avtomobil vuraraq ağır yaralayıb.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Dəllər Cəyir kəndində Bəylərov Elxan Tapdıq oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 2008-ci il təvəllüdlü Əliyev Tuncay Vuqar oğlunu vurub.

Nəticədə piyada müxtəlif bədən xəsarətləri alaraq öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.