Yevlaxda minik maşını maneəyə çırpılıb


Digərləri 28 Okt 2018 23:17:00 272 0

Yevlaxda minik maşını maneəyə çırpılıb

Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, "VAZ" markalı avtomobilin şəhərin mərkəzi küçələrindən birində idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1991-ci il təvəllüdlü Mehman Kərimov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Tovuzda zəncirvari yol qəzası baş verib.