David Bakradze məğlub olduğunu etiraf edib


Dünya 28 Okt 2018 23:18:00 270 0

David Bakradze məğlub olduğunu etiraf edib

Gürcüstanın müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze seçkilərdə məğlub olduğunu etiraf edib.

Son.az "Report"a istinadən bildirir ki, D.Bakradze keçirdiyi brifinqdə onu dəstəkləyən seçicilərə minnətdarlığını bildirib.

D.Bakradze prezident seçkilərinin ikinci turunun olacağı təqdirdə, Avropalı Gürcüstan Partiyasının Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyəcəyini qeyd edib.

Avropalı Gürcüstan Partiyasının keçirdiyi "exit-poll"un nəticələrinə görə, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze 37%, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili 34%, David Bakradze isə 10% səs əldə edib.