Tez bir zamanda necə arıqlamaq olar?


Digərləri 28 Okt 2018 22:55:00 393 0

Tez bir zamanda necə arıqlamaq olar?

Əgər siz arıqlamaq istəyirsinizsə, o zaman yalnız deyilsiniz. Kiloqramlarınızı əritmək üçün edə biləcəyiniz bir çox şeylər vardır, bununla belə çəkinizi həddən artıq sürətlə itirmək təhlükəli ola bilər. Möcüzəli dietlər, diet tabletləri və ac qalmaq çəki şkalasındakı rəqəmləri azaltmağa yardımçı ola bilər, lakin bu metodlar sağlamlıq üçün ciddi çətinliklərə səbəb ola bilər. 

Bununla belə, əgər siz ümumiyyətlə sağlamsınızsa, və bir neçə kiloqram itirməyi qəti şəkildə müəyyənləşdirmisinizsə, qısa müddətli hədəflərinizə çatmaq üçün bəzi üsullar və məsləhətlər vardır. Digər səhifəyə keçdikdən sonra öyrənə bilərsiniz.

1-ci Metod: Möcüzəli Dietlər

Son.az meslehetdir.com-a istinadən bildirir ki, əksər möcüzəli dietlərin məqsədi sizin artıq bir neçə saata görə biləcəyiniz sürətli çəki atmağın təşviq edilməsidir. Möcüzəli dietlər qısa müddətli həll üsullarıdır; əgər siz bir neçə gündən artıq müddətə belə möcüzəli diet saxlasanız, öz vücudunuza ciddi zədə yetirə bilərsiniz. İstənilən növ çəki itirmək proqramına başlamazdan öncə siz həkiminizlə məsləhətləşməlisiniz ki, vücudunuzun onun sisteminə əlavə olunmuş gərginliyə tab gətirdiyindən əmin olasınız. Sadə göstərişli  məşhur möcüzəli dietlər aşağıdakılardır, hansıların ki sürətli, qısa müddətli çəki itirməklə nəticələndiyi təsdiq edilir.

Su Dieti.  Bu dietə gün ərzində müntəzəm aralıqlarla təxminən 64 maye unsiyası (8 fincan) miqdarında soyuq su (yaxşı olardı ki soyuducuda saxlanmış)  içmək daxildir. Hər bir yeməkdən və hər qəlyanaltıdan öncə bir stəkan su için ki, iştahınızı yatızdırmaqla özünüzü daha tox hiss etməyinizi təmin edəsiniz. Suyunuza şirinləşdirici və yaxud aromatlaşdırıcı qatqılar əlavə etməyin. Yeməkləri su ilə əvəz etməyin. Daha tez-tez sidik ifrazı vasitəsilə itirilən qidalandırıcıların yerini doldurmaq üçün gündəlik multivitaminlər qəbul edin.

Şirə ilə Təmizləyici Diet, Şirə ilə Aclıq Dieti və yaxud Hollivud Dieti. Şirə ilə zərərli maddələrin bədəndən sürətlə çıxarılması və yaxud intensiv dietin müxtəlif növlərinin mövcudluğuna baxmayaraq, onlar adətən bir gündən üç günə qədər davam edir. Bu növ möcüzəli dietdə siz yalnız meyvə və yaxud tərəvəz şirələri içə bilərsiniz. Bu dietin bəzi növlərinə şirə ilə birlikdə vitaminlər və  yaxud qidalandırıcı maddələr qəbul etmək aiddir, digər növləri isə gün ərzində tək bir dəfə yeməklə qidalanmağa icazə verir. Şirələr vucudunuza toksinlərdən azad olmaqda və  bir neçə kilo (əsasən) su kütləsini bədən sisteminizdən xaric etməkdə köməklik üçün nəzərdə tutulur.

Təmizləyici Usta, Ağcaqayın Siropu Dieti və yaxud Limonad Dieti. Bu möcüzəli diet yalnız maye qəbul etməklə saxlanılır. Hər gün 6 stəkandan 12 stəkana qədər limonad, kayen (qırmızı) bibəri, su və ağcaqayın siropunun xüsusi qatışığından için. Siz həmçinin gündə iki dəfə bir fincan zəiflədici bitki çayı içəcəksiniz. Bu möcüzəli dietdə zəifləmənin, eləcə də bədəndən xaric olma prosesinin əlavə müddəti mövcuddur. Bunu yalnız çox qısa müddətli çəki azaltmaq üçün etmək lazımdır və bu prosesə ciddi çəki atmaq  kimi yox, detoksifikasiya (bədəndən zərərli maddələrin xaric edilməsi) təmizləyicisi kimi baxılmalıdır. Bu dietə əlavə edilə biləcək əlavə duzlu su ilə təmizləmə imkanı da vardır.

Kələm Şorbası Dieti. Bu dietin sizə bir həftədə 5 kilo çəki atmağa yardım edə biləcəyi iddia olunur. Buraya tərkibində az yağ olan qidaların yeyilməsi, yüksək sellüloz tərkibli diet aiddir. Siz əsasən xüsusi növ kələm şorbası yeyirsiniz, lakin həm də hər gün müəyyən meyvə və tərəvəzlərin orta porsiyalarını, bəzən ət və düyü, minimum 4 stəkan su və multivitamin qəbul edə bilərsiniz. Bu diet 7 gün davam edir və sizin onda istifadə etdiyiniz qidalandırıcı maddələrin çatışmazlığına görə uzun müddətli çəki itirmək üçün daimi həll üsulu kimi tövsiyə  olunmur.

Duzsuz Diet. Bu diet sizə suyun vücudunuzda qalmasını aradan qaldırmaq yolu ilə su kütləsini itiriməyə kömək edir. Bu dietdə siz heç bir duz qəbul edə bilməzsiniz, hansı ki bura təkcə xörək duzu deyil, eləcə də qablaşdırılmış və hazır ərzaqlara əlavə edilən və onlarda aşkar edilmiş bütün duzlar aiddir. Buraya evdə duzsuz məhsulların hazırlanması və emal edilmiş qida məhsullarının hamısını birlikdə yeməkdən qaçınmaq daxildir, bu isə o deməkdir ki, restoranlarda da yeməkdən qaçınmalısınız. Bu dietə həmçinin hər gün 2 litrə qədər (təxminən 8 fincan) su içmək də daxildir ki, bədəninizn əsas hissəsini su ilə doldurasınız, bununla belə, müəyyən qədər yaşıl çaya da icazə verilir. Əksər hazırlanmış məhsullar  sizin gündəlik qida dəyərinizin 30%-nə malikdir. Siz gündəlik duz tələbatınızı sağlam dietdən əldə edirsiniz; həddən artıq qəbul etmək vücudunuzda su kütləsinin saxlanmasına səbəb ola bilər. Bəzi dietik xörək duzları sağlamlığın yaxşı vəziyyətdə olması üçün vacib olduğundan Duzsuz Dieti bir və yaxud iki həftədən artıq davam etdirmək olmaz. Onu da qeyd etmək vacibdir ki, bu diet suyu başqalarından daha asan saxlamağa meylli insanlar üçün daha səmərəlidir. Əgər suyu bədəndə saxlamağa meylli olduğunuzdan əmin deyilsinizsə, növbəti dəfə nə isə duzlu bir şey yedikdə əl və ayaqlarınıza diqqət yetirin. Əgər üzüklərinizi barmağınızdan daha çətinliklə çıxarırsınızsa və yaxud ayaqqabılarınız duzlu yeməkdən sonra daha sıx olursa, bunlar ona işarə edir ki, sizin vücudunuz duza qarşı həssasdır.

HCG (xorionik insan qonadotropini) Dieti. Bu dietə kalori qəbul edilməsinin ciddi məhdudlaşdırılması ilə bərabər HCG (xorionik insan qonadotropini) iynə və yaxud əlavələrinin tətbiq olunması daxildir. Təkcə kalorinin azaldılması (yalnız gündəlik 500-dən 800 kaloriyə qədər) əksər insanlarda çəki itirilməsinə səbəb olmaq üçün kifayətdir; bu tövsiyə olunan gündəlik kalori normasından əhəmiyyətli dərəcədə aşağıdır, hətta çəkilərini azaltmağa səy göstərən insanlar üçün belə. HCG-yə FDA (ABŞ-ın Məhsul və Dərmanlara Nəzarət İdarəsi) tərəfindən nəzarət olunmur və bir çox insanlarda xoşagəlməz yan təsirlərə yol aça bilər. Bu dietə əməl edənlər adətən onu dayandırdıqdan dərhal sonra çəkilərini geri qazanırlar.

2-ci Metod: Çəki İtirməyin Spa (Sağlamlıq) Prosedurları

Daha tez arıqlamaq nəticələrinin əldə edilməsi üçün başqa bir asan yol sizə düymlərinizi əritmək üçün köməklik göstərən xüsusi olaraq tərtib olunmuş kosmetik prosedurlardan istifadə etməkdir. Çəki itirmək üçün kosmetik gözəllik xidmətləri və prosedurları təklif edən spa, sauna və yaxud sağlamlıq klinikalarına baş çəkməklə siz çəkinizi sürətlə itirməyinizə və yaxud mədənizin şişməsini azaltmaq, dərinizin dartılması və yaxud vücudunuzdan mayenin çıxarılması vasitəsilə xarici görünüşünüzün dəyişməsi üçün tərtib olunmuş çoxsaylı kosmetik prosedurlardan və spa xidmətlərindən istifadə edə bilərsiniz. Bu proseslərə yalnız çəkinizin müvəqqəti itirilməsi daxildir, ancaq nəticələr çox sürətlidir və diet, yaxud idmanla məşğul olmaq bura aid deyil.

Bədənin mineral üzlük (ətirli yağ, antisellulit krem, müalicəvi palçıq və s.) ilə örtülməsi haqqında soruşun. Bəzi mineral üzlüklərin tam mənada sizin belinizdən, budlarınızdan və qollarınızdan düymlərin "itirilməsi" vasitəsilə sizə zəifləyərək incəlməyinizə kömək etdiyi təsdiq olunur. Bu prosesə mineral əsaslı təmizləyici daxildir, hansı ki çəki atmağınıza kömək edərək, selluliti (dərinizin səthinə yaxın təbəqədə yerləşmiş yağ) azaldaraq, və ani olaraq dərinizi hamarlaşdıraraq və möhkəmləndirərək, sizin vücudunuzu neytrallaşdırmalıdır.

Lipazalı (fermentli) vücud üzlüklərini əldə edin. Lipazalı bədən üzlükləri iki mərhələ üzrə davam edən digər tez zəiflədici kosmetika vasitəsidir. Öncə, bədəninizi dərinin səthinə yaxın təbəqədə yerləşən yağ maddəsindən azad etmək üçün fermentli üzlük tətbiq olunur. Daha sonra dərinizi möhkəmləndirmək və hamarlaşdırmaq üçün tərtib edilmiş ikinci mineral üzlük tətbiq olunur.

Avropa bədən üzlüyündən istifadə edin. Avropa bədən üzlükləri qaynar nöqtələrdən düymlərin atılmasına yönəlmiş sağlamlıq xidmətləri üzrə digər bir potensial seçimdir. Bu prosedurun bir qayda olaraq dərini möhkəmləndirməsi və hamarlaşdırması, sellulitin və yaxud dəridə genişlənmə izlərinin görünməsini azaltması və zamanla çəkinizin itirilməsinə səbəb olması güman edilir.

Qaynar üzlükdən istifadə edin. İsti əsaslı bədən üzlükləri çox güman ki həm sizin bədəninizi neytrallaşdırmaq və həm də yumşaq, hamar dərini stimullaşdırmaq üçün tərtib olunmuş daha çox məşhur kosmetik vasitədir. Əksər isti və yaxud buxarla müalicə üsullarına daxil edilmiş isti və masaj maddələr mübadiləsinin yaxşılaşdırılması və  sizin vücudunuzun sürətlə arıqlamasına yardım etmək məqsədi daşıyır.

Saunaya gedin. Saunalar sadəcə saatın dörddə bir hissəsində (15 dəqiqəyə) yarım litr tər itirməyinizlə nəticələnə bilər. Siz saunada vaxtınızı keçirdikdən sonra bir neçə stəkan su içməklə su ehtiyatınızı bərpa etməlisiniz ki, susuzlamaq riskini azaldasınız. Yadınızda saxlayın ki saunalarda vaxt məhdud olmalı, ideal halda bir genə 15-20 dəqiqəlik sessiyadan artıq olmamalıdır. Nə qan təzyiqi və yaxud ürək problemləri olan insanlar, nə də ki kiçik uşaqlar saunadan istifadə etməməlidir.

Yoğun bağırsaq prosedurundan istifadə edin. Bəzi sağlamlıq mərkəzləri yoğun bağırsağı yuma vasitələri təklif edir ki, bura da toplanmış nəcisi ifraz etmək üçün sizin yoğun bağırsağınızı fiziki şəkildə təmizləmək aiddir. Bu proses mədənin köpməsindən, qazdan və qəbizlikdən əziyyət çəkən insanlara və bəzi şəxslərdə çəki itirilməsinin stimullaşdırılması ilə bağlı şikayətlərə köməklik göstərə bilər.

Liposaksiya (piy toxumalarının vacuum vasitəsilə götürülməsi) funtlarınızı dərhal əridə bilər. Liposaksiya sürətli, məqsədyönlü çəki itirilməsi üçün cərrahiyyə üsuludur, adətən vücudunun yalnız bir və yaxud iki spesifik sahəsində yüksək piylənmənin mövcud olduğu, qalan hissəsinin isə normal bədən çəkisinə malik olduğu insanlar üçün tövsiyə edilir. Cərrahiyyə proseduru olması səbəbindən bu üsul ciddi sağlamlıq riskləri əmələ gətirir və yalnız lisenziyalı peşəkar tərəfindən həyata keçirilməlidir.

3-cü Metod: Sağlam Qidalanmaq Vərdişləri

Ümumi qidalanma və həyat tərzi vərdişlərinizi dəyişin. Bir sıra sadə, lakin əhəmiyyətli diet və davranış dəyişikliklərinin tətbiq edilməsi bir çox insanlar üçün çəki itirilməsinə təkan vermək üçün yetərli ola bilər. Aşağıdakı tövsiyələri sizin qısa müddətli diet planınızla birləşdirmək çəki itirilməsi və arıqlamaq hədəflərinizə nail olmaq və bu nəticələri uzun müddət saxlamaq şanslarınızı genişləndirəcəkdir.

Sağlam və fərdi yemək planı işləyib hazırlayın. Özünüzün çəki azaldılması hədəflərinizi, xüsusi diet ehtiyaclarınızı, hazırkı yemək vərdişlərinizi və təkmilləşdirmək üçün potensial sahələri müzakirə etmək üçün dietoloq və yaxud həkimlə konsultasiyanı planlaşdırmaqla nə qədər yeməli olduğunuzu hesablayın. Tərəvəzlərin, meyvələrin, dənli bitkilərin, az yağlı süd məhsullarının və ər zülallarının sağlam balansına malik olan yeməkləri seçin. Tipik yemək boşqabının yarısı tərəvzlər və yaxud meyvələr, yarısı isə dənli qidalar və ətli zülallar ilə dolmalıdır. Yeməklərinizi öncədən planlaşdırın. Bu, sizə dietinizə daha qidalandırıcı məhsullar daxil etmək və kalori qəbul edilməsini məhdudlaşdırmağa kömək edə bilər.

Gündəlik kalori ehtiyacınızı müəyyənləşdirin. Sizin fərdi kalori ehtiyaclarınız yaş, gender, boy hündürlüyü və fəallıq səviyyəsinə əsaslanaraq dəyişəcəkdir. Sizin gündəlik hədəf dozanızın nə qədər olmasını dəqiq bilməyiniz dietə əməl etməyinizə yardımçı olacaqdır. Qəbul etdiyiniz kalorilərin sayına və yağların qramına hər gün nəzarət edin və USDA-nın (ABŞ-ın Dietoloqlar Assosiasiyası) göstərişlərindən kənara çıxmamağa səy göstərin.

Qida gündəliyi tərtib edin. Bütöv həftə üzrə hər bir qəbul etdiyiniz yemək, çərəz və içkini və eləcə də təxmini mmiqdarlarını qeyd edin. Mümkün olduqda, hər dəfə qidalandıqca hər bir məhsuldakı kalorilərin miqdarını qeyd edin. Yadınızda saxlayın ki, tövsiyə olunan porsiya ölçüsü çox zaman sizin faktiki olaraq yediyiniz porsiyanın ölçüsündən əhəmiyyətli dərəcədə kiçikdir. Gündəlik qida rasionunuza qəhvə qarışıqlarını, ədviyyatları və digər əlavələri daxil etməyi unutmayın. Bunu etdikdən sonra, artıq siz tipik gündəlik kalori sərfiyyatınızı hesablamağı və onu onlayn kalori hesablayıcısı vasitəsilə sizin hədəfinizlə müqayisə etməyi bacarmalısınız.

Özünüzün ərzaq hədəflərinizi müəyyən edin və buna müvafiq olaraq planlaşdırın.Diqqətli planlaşdırma sizə qida jurnalınızda müəyyən etmiş ola biləcəyiniz kökəldici qidalardan və boş kalori tələlərindən qaçınmaqda yardımçı ola bilər. Əgər siz bu ərzaqları almasanız və yaxud yeməklərinizi öncədən planlaşdırsanız, vaxtın daraldığı zaman dietinizə daha az maneə törətmiş olarsınız.