Milyarderlərin sayı artmaqda davam edir


Digərləri 28 Okt 2018 22:25:00 266 0

Milyarderlərin sayı artmaqda davam edir

2017-ci ildə dünyada milyarderlərin sayı 199 nəfər artıb.

Bu barədə "UBS Group AG" holdinqinin hesabatında qeyd olunub.

Son.az moneta.az-a istinadən bildirir ki, dünyada milyarderlərin sərvəti il ərzində 19% artaraq 8,9 trln. ABŞ dollarına çatıb.

Yeni milyarderlərin 1/3-i sərvətlərini innovasiyalar sahəsində qazanıb. Həmçinin onların əksəriyyəti bizneslərinin Asiya-Sakit Okean regionunda genişlənməsi ilə varlanıblar.