Niderland ailəsi necə olur?


Digərləri 28 Okt 2018 21:55:00 320 0

Niderland ailəsi necə olur?

Niderlandda ailə münasibətləri çox aydın qurulub. Ailə iki hissədən ibarətdir. "Familie" və "gezin". İksinin də hərfi tərcüməsi ailə deməkdir. Əmması haqqında aşağıda.

Familie. Nənə, baba, xala, əmi, dayı, bibi, bacı, qardaş və onların ailələri "familie" qrupuna daxildir. Onlarla ildə üç dəfə mütləq görüşlər olur. Bu Milad bayramı, Yeni il və analar - atalar günüdür. Qalan vaxt isə individualdır. İstəyirsən hər həftə görüş. İstəyirsən bayramda - ad günüdə. Amma mütləq zəngləşməlisən, gəlmək istəyirsənsə görüş təyin etməlisən. Bu görüş təyin etmək məsəsləsi çox yanlış anlaşılır bəzən. Bu ona görə edilmir ki, Avropada analar övladlarını az sevir, ailə uşağın qayğısına qalmır və ya bir azərbaycanlı dediyi kimi "qan yerinə avropalıların damarlarında su axır". YOX! Sadəcə insanlar bir - birinin vaxtına hörmət edir. Başqalarının öz qohumu olsa özəlinə burunlarını soxmurlar.

Gezin. Ana, ata və uşaqlar. Son.az meslehetdir.com-a istinadən bildirir ki, bu ailə tipini gezin adlandırırlar. Onlar adətən bir yerdə yaşayır. Uşaq haqqında ailə adətən 30-dan sonra düşünürlər. Maddi olaraq müstəqil olduqdan sonra. Adətən ana uşaq olandan sonra evdə oturur ya da ki yarı günlük iş rejimini seçir. Çünki uşaq bağçaları burda inanılmaz dərəcədə bahadır. Amma əgər ailənin gəliri minimumdan aşağıdırsa və ana təhsil alırsa hökümət geri qaytarmamaq şərti ilə bağçanın xərclərini ödəyir. İbtidai təhsil 4 -5 yaşından başlayır. Təhsil sistemi Niderlandda çox maraqlıdır. Bu haqqda sonra mütləq yazacağam.

Niderlandlılar hər boş dəqiqələrini ailələri (gezin) ilə keçirməyə çalışırlar. Bərabər tətil, piknik, gəzmək, velosiped sürmək, baseynə getmək, alış veriş etmək və.s. Düzünü desəm qıraqdan bu mənzərəyə baxanda adama o qədər pozitiv hiss verir ki. Adi şeylərdən zövq ala bilmək hissi yəqin niderlandlılarda ən çox sevdiyim xüsusiyyətdir.