20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi


Digərləri 28 Okt 2018 21:45:00 323 0

20 yaşlarında olanların yoluna işıq salacaq 10 karyera tövsiyəsi

20-30 yaş arası karyera planlaşdırmasını etmək üçün ən ideal dövrdür. Bu dövrü əvəzsiz edən müəyyən bir yetkinliyə çatmağınız və hədəflərinizin də yavaş-yavaş formalaşmağa başlamasıdır. Dolayısı ilə, hələ 20 yaşlarında ikən fərqində olmadan sizə böyük fayda verəcəyi bəzi karyera tövsiyələrimiz var. Gəlin bu tövsiyələrə birlikdə göz ataq.

1) Vaxtı idarə etməyi öyrənin.

Son.az moneta.az-a istinadən bildirir ki, gəncsiz və vaxtınızın bol olduğunu düşünə bilərsiniz, lakin universitetə ilk addım atdığınız anı xatırlayın. Adama elə gəlir ki, sanki bu dünən baş verib. Vaxtınızın nə qədər sürətlə keçdiyinin ən böyük sübutu əslində elə özünüzsünüz. Vaxtın sürətinə çatmaq üçün ona hakim olmalısınız və idarə etməyi bacarmalısınız.

2) Özünüzə çoxlu investisiya edin.

Özünüzü hər zaman inkişaf etdirməyə davam etməlisiniz, lakin 20-30 yaş aralığı bunu etməyiniz üçün ən ideal illərinizdir. Zehniniz yeni informasiyaları almağa hazır, müşahidə bacarığınız güclü və nə istədiyinizin fərqinə varırsınız. Bu illərdə oxuyacağınız, baxacağınız və dinləyəcəyiniz şeylər sizə mütəmadi yeni şeylər öyrədəcək və sizi inkişaf etdirəcək.

3) Özünüzü tanımağa çalışın.

Bu illərdə yaşadığınız hər təcrübə, yeni bir yönünüzü kəşf etməyinizə imkan verəcək. Hadisələrə, insanlara və situasiyalara verdiyiniz reaksiyalarla özünüzü daha yaxşı tanıyacaqsınız. Özünüz haqqında öyrəndiyiniz hər informasiya, karyeranızla bağlı qərarları verərkən işinizə yarayacaqdır.

4) Hədəflərinizi müəyyənləşdirin.

20 yaşlarınız xüsusilə uzun müddətli hədəfləri müəyyənləşdirmək üçün çox uyğun bir dövrdür. Uyğun addımlar ataraq müəyyənləşdirəcəyiniz hədəflərə daha sürətli bir şəkildə çatmağınız mümkün olar. Uzun perspektivli hədəflərinizin ilk dövrlərini daha məhsuldar keçirmək məqsədi ilə qərarlı hərəkət etməyiniz qarşıdakı illərdə işinizi asanlaşdıracaqdır.

5) Mütəmadi araşdırın.

Dünya hər an dəyişir. Yeni informasiyalar ortaya çıxan zaman köhnə informasiyaların doğruluqları sorğulanmağa başlanılır. Bu prosesdə siz də bildiklərinizi mütəmadi yeniləməlisiniz. Texnologiyadan və imkanlarınızdan ən məhsuldar şəkildə istifadə edərək araşdırmalısınız və bunu bir vərdiş halına gətirməlisiniz.