"Dato Ağcabədinski" və daha iki "oğru" Kiyevdən qovuldu VİDEO


Dünya 28 Okt 2018 21:23:00 404 0

"Dato Ağcabədinski" və daha iki "oğru" Kiyevdən qovuldu  VİDEO

Son həftə ərzində Ukraynanın polis əməkdaşları ölkə ərazisində üç "vor zakon"un cinayətkar fəaliyyətinə son qoyublar. Bu barədə ölkənin Milli Polisi xəbər yayıb. Saxlanılan "qanuni oğru"ların üçü də xarici ölkələrin vətəndaşlarıdır.

Operativ məlumatlara görə, Ceyran Xonski kimi tanınan 41 yaşlı "vor zakon" Ceyran Kintsuraşvili pərakəndə fəaliyyət göstərən avtomobil oğruları qrupları üzərində nəzarəti öz əlinə götürmək üçün Ukraynaya gəlibmiş. Lakin o, buna müvəffəq ola bilməyib - oktyabrın 25-də Ceyran Xonski Xarkov hava limanında saxlanılıb və geriyə - Türkiyənin İstanbul şəhərinə deportasiya edilib. Bildirildiyinə görə, öz ölkəsində axtarışda olan "vor zakon" son vaxtlar Türkiyədə yaşayır. Məlumata əsasən, Kintsuraşviliyə növbəti 5 il ərzində Ukraynaya daxil olmaq qadağan edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, digər iki "vor zakon" ukraynalı hüquq-mühafizə işçilərinə yaxşı tanışdır. Onlar dəfələrlə ölkədən deportasiya ediliblər, lakin bir müddət sonra saxta sənədlərlə yenidən geri qayıdıblar.

39 yaşlı Tengiz Çaraya (Tenqo Qalski) 2018-ci ilin aprelində 2012-ci ilə qədər Ukraynaya daxil olması qadağan edilməklə deportasiya olunubmuş. Bu dəfə o, ölkəyə Kiyevdən daxil olub. Bir il əvvəl elə həmin Kiyevdə o, sərhədi keçərkən saxlanılıbmış. 2016-cı ildən bəri Tenqo Qalski Ukraynaya 3 dəfə gəlib. Bildirilir ki, onun bura gəlməkdə məqsədi mənzil oğurluğu ilə məşğul olan qruplara nəzarəti həyata keçirməkdir.

Hazırda Tenqo Qalski Ukrayna Dövlət Miqrasiya Xidmətinin əcnəbilər üçün müvəqqəti saxlanma məntəqəsindədir. Tezliklə o, Ukraynadan deportasiya ediləcək.


Xəbərə aid video