Lavrov yeni qızğın silahlanmanın perspektivindən danışdı


Dünya 28 Okt 2018 21:26:00 308 0

Lavrov yeni qızğın silahlanmanın perspektivindən danışdı

ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən və Strateji hücum silahları haqqında müqavilədən mümkün çıxışı yeni qızğın silahlanmanı təhrik edə bilər.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrob "Rossiya 1" telekanalında "Moskva. Kreml. Putin" proqramının efirində deyib.

Xarici İşlər Nazirliyinin başçısının sözlərinə görə, ABŞ-ın Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxışı haqqında qərar qəbul edilmişdir.

"Bu ABŞ prezidentinin milli təhlükəsizliyi üzrə məsləhətçisi Con Bolton ilə prezident Vladimir Putinin görüşlərindən aydın oldu. Qərar qəbul edilib və yerinə yetirilir. Bu, pisdir", - o bildirib.