Elmar Məmmədyarov Türkiyəyə getdi


Siyasət 28 Okt 2018 21:12:00 247 0

Elmar Məmmədyarov Türkiyəyə getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarov İstanbulda keçiriləcək Türkiyə Respublikası, Gürcüstan və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin VII üçtərəfli görüşü, habelə Türkiyə Respublikası, Azərbaycan Respublikası və İran İslam Respublikasının xarici işlər nazirlərinin VI üçtərəfli görüşündə iştirak edəcək.