Tovuzda zəncirvari yol qəzası baş verib FOTO


Digərləri 28 Okt 2018 21:16:00 286 0

Tovuzda zəncirvari yol qəzası baş verib  FOTO

Tovuz şəhərində 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Heydər Əliyev prospektində"Mercedes", "Opel", "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar var.

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Şəmkirdə 7 yaşlı qızı maşın vuraraq öldürüb.


Xəbərə aid fotolar