İş yerində 14 çətin insan tipi və onları


Digərləri 28 Okt 2018 20:40:00 265 0

İş yerində 14 çətin insan tipi və onları

Hər iş yeri bir-birindən fərqlidir. Amma çətin insan tipləri bütün iş yerlərində eynidir. Bunları sizə təqdim edirik:

Lokomotivlər. Bu insanlar öz bədbəxtliklərini başqalarından çıxarmağa alışıblar. Adətən, əsəbi olurlar və insanlarla düşməncə davranırlar. Avtoritar mövqeyə malik olan bu insanlar digər insanlarla daim diktator kimi davranırlar. Ən sevdikləri cümlə: "ya mənim dediyim kimi olacaq, ya da heç olmayacaq." Son.az meslehetdir.com-a istinadən bildirir ki, davranış forması: Qəbul etməyin. Müdirinizə bu cür davranış formasının işinizi mənfi dəyişikliyə sövq edəcəyini deyin. Lokomotivlərə qarşı israrçı olun. 

Mükəmməliyyətçilər. Əgər bir şey mükəmməl deyilsə, bu insanlar əsəbiləşir, neqativ təpkilər göstərirlər. Onların standartları real deyil. Başqalarının təriflədiyi bir iş bu insanlar tərəfindən qəbul edilən belə sayılmır. Onlar tez-tez "daha yaxşı ola bilərdi" cümləsini işlədirlər. Davranış forması: Bu cür insanların söylədiklərini ciddi qəbul etməyin. Onlar, əslində, öz bacarıqsızlıqlarına heyfislənirlər. Onlarla birlikdə işləməyə çalışın ki, öz qarşılarına daha realist tələblər qoya bilsinlər.

Dirənişçilər. İş yerində ən cüzi bir dəyişiklik bu insanların canını sıxır. Çox rasional insanlardır. Mövcud sistemə aşiqdirlər. Əsla nəyinsə dəyişməsini istəməzlər. Lakin bir dəyişiklik qarşısında səslərini belə çıxarmazlar. Səssizcə dava salarlar. Dəyişikliyin yaxşı olduğunu deyər, dəstəkləyər, lakin heç vaxt tabe olmazlar. Köhnə olan onlar üçün həmişə ən yaxşı olandır. Davranış forması: Ən yaxşı strategiya bu tipləri də dəyişikliyin içinə daxil etməkdir. Bəlkə, bu zaman onlar öz davranışlarını dəyişərlər. Həm də onları dəyişikliyə pillə-pillə daxil etsəniz, onların yeni ortama alışması daha tez və asan olar.

Mənim işim deyil-çilər. Bu tiplər öz bacarıqsızlıqlarını öz işlərinin tərkibinə daxil olmayan işləri (çox asan olduğu halda belə) görməyərək göstərərlər. Özlərini təhlükədə hiss etdikləri üçün daim bikef olurlar və iş yoldaşlarına qarşı çox etinasız yanaşırlar. Davranış forması: Əslində tək istəkləri özlərini təkmilləşdirmək və daha yaxşı yerlərə gəlməkdir. Lakin karyeralarının açıq olmadığını düşünərək işlərinə qarşı həyəcanlarını itiriblər və bu səbəblə də olduqca az iş görərlər. Onlara təhsil və inkişaf üçün müxtəlif fürsətlər yaradın.

Ayaqlı qəzetlər. Bu tiplər öz bədbəxtliklərini ətrafa dedi-qodular yayaraq göstərirlər. Yayılmasına yardımçı olduqları və yaratdıqları hekayələr ətrafda dolaşmağa başlayıb, insanlardan güclü təpkilər aldıqlarında özlərini önəmli hiss edərlər. Çevrələrində idarəetməni itirdiklərini düşündükləri an yaydıqları şayiələrlə diqqəti geri qazandıqlarına inanarlar. Müdirləri, yeni iş və təkliflər, başqalarının maaşları, digər şirkətlərin işçiləri və s. bu insanların ən məşhur mövzularıdır. Davranış forması: Ən yaxşı metod işçilərə şirkətlə bağlı həqiqi məlumatları paylamaqdır. Beləliklə, onlar ayaqlı qəzetlərə rəğbət bəsləməzlər.

Pessimistlər. Onlar dünyanı zövqsüz bir yer olaraq görürlər. Dünyanın başlarına yıxılmasını gözləyirlər. Əgər yıxılmazsa, yıxmaq üçün əllərindən gələni edərlər. Daim narahatdırlar, nə etsəniz onların həyata baxış tərzini dəyişə bilməzsiniz. Davranış forması: Bu insanların baxış tərzini dəyişmək bir o qədər də asan deyil. Ancaq bəzi özünüzə məxsus yollarla onların alışqanlıqlarını müsbət səmtə yönəldə bilərsiz.

Mızmızlar. Bu tiplər uşaq kimi davranırlar. İşlər onların istədiyi kimi getməsə, qaşlarını çatarlar, geri çəkilərlər, çox vaxt da ağlayarlar. Davranış forması: Bu tiplər dəstək görəcəyi bir çevrəyə ehtiyac duyurlar. Kimsə onlara tez-tez yaxşı iş gördüklərini söyləməlidir.