İmmun sisteminin möhkəmləndirilməsi üçün


Digərləri 28 Okt 2018 20:50:00 367 0

İmmun sisteminin möhkəmləndirilməsi üçün

İmmunitet - orqanizmin müqavimət göstərmə qabiliyyətidir. İmmun sistemi yabancı hüceyrələri, müxtəlif infeksiyaları və virusları zərərsizləşdirib, daha sonra onları məhv edir.

İmmun çatışmazlığın əlamətləri

Tez-tez soyuqdəymə xəstəlikləri, uzun müddət qızdırmanın artması, xronik yorğunluk, oynaqlarda və əzələlərdə ağrılar, yuxunun pozulması, tez-tez baş ağrısı - bunların hamısı immun sisteminin işində olan pozulmalar barədə bəhz edir. Belə olduqda orqanizmin müdafiəsi üçün dərhal həkimə müraciət etmək lazımdır. 

Son.az meslehetdir.com-a istinadən bildirir ki, insanın immun siteminin, demək olar ki, yarısı irsiyyətdən, qalan yarısı isə həyat tərzindən asılıdır. İnsanın immuniteti 3 əsas məqamdan asılıdır: sağlam yuxu, fiziki işlər və balanslaşdırılmış qidalanma. Adətən insan immun sistemin rolundan və imkanlarından o zaman fikirləsir, haçan ki, o artıq ağır soyuqdəymə xəstəliyi ilə üzləşir. Halbuki belə bir soyuqdəymə xəstəliyi immun çatışmazlığın nəticəsində əmələ gəlir.

Odur ki, sağlamlığın qorunması və immun sisteminin möhkəmləndirilməsi ilə hamı məşqul olmalıdır, xüsusilə yaz ərəfəsində, çünki bu zaman insan orqanizminin xüsusi dəstəyə ehtyacı var. 

İmmun sistemini bərpa etmək və saxlamaq üçün müxtəlif immunmöhkəmləndirici vasitələrdən istifadə etmək olar, yalnız digər çoxsaylı əlavə üsullar da mövcuddur.

Qıtığotu, krevetkalar və dəfnə yarpağı

Məhz qidalanma - viruslar və xəstəliklərə qarşı müdafiədir və mühüm bir faktordur, hansı ki, orqanizmin müdafiə qüvvələrinin yaxşılaşdırılmasına kömək edir. Qidalanma kəmiyyət və keyfiyyət baxımından maksimal dərəcədə rasional olmalıdır. Sizin menyuda heyvan və bitki mənşəli zülallar olmalıdır. Heyvan zülalları ətdə, balıqda, yumurtada və süddə olur, mənşəli zülallar isə - noxudda, lobyada, qarabaşaq və yulaf yarmalarında. İmmun sisteminin işinə mal ətinin qaraciyəri, krevetkalar, midiyalar və kalmarlar yaxşı təsir göstərir. 

Mühümdür!

Müstəqil surətdə immunmöhkəmləndirici vasitələrdən heç bir halda istifadə etmək olmaz. Bu prepatları təyin etmək üçün, həkim mütləq bunları etməlidir: əvvəlcədən əmin olmalıdır ki, standart terapiya heç bir nəticə verməyib, xəstənin immunoqramasını nəzərdən keçirməlidir; immunmöhkəmləndirici vasitələrin istifadəsi sahəsində uzun müddətli təcrübəyə malik olmalıdır. 

İmmun sistemini ədviyyatlar yaxşı qoruyur - zəncəfil, zərinc, mixək, keşniş toxumu, darçin, reyhan, hil, sarıkök, dəfnə yarpağı və qıtığotu.

Vitaminlərdən istifadə edirik

İmmun sisteminin möhkəmləndirilməsi üçün vitaminlər və mikroelementlər lazımdır. Onların azlığını multivitamin komplekslərin vasitəsilə tamamlamaq olar, amma daha yaxşı üsul ondan ibarətdir ki, bu maddələr təbii yol ilə orqanizmə daxil olsun.

"A" vitaminini kökdən, üzümdən, göyərtidən, həmçinin bütün qırmızı və narıncı rəngdə olan meyvə və tərəvəzlərdən almaq olar. "C" vitamini sitrus bitkilərində - itburnuda, quşüzümündə, mərsində, kələmdə, xüsusilə turş kələmdə,"E" vitamini günəbaxan, zeytun və qarğıdalı yağlarında, "B" qrupunun vitaminləri daha çox paxlalılarda, yarmalarda, yumurtada, hər hansı bir göyərtidə və qozda olur.