“Boşanırsan, deyirlər ki, kiminlə isə gəzir ...” Nura Suri FOTO


Şou-biznes 28 Okt 2018 19:41:00 463 0

“Boşanırsan, deyirlər ki, kiminlə isə gəzir ...”  Nura Suri  FOTO

Son.az musavat.com-a istinadən müğənni Nura Suri ilə müsahibəni təqdim edir.

Sənətçi ilə yeni yaradıcılıq işlərindən, şou-biznesdəki canlanmadan və şəxsi həyatından danışdıq:

- Bir neçə gün öncə "Sevgi romanı" adlı klipinizi təqdim etdiniz, maraqla qarşılandı. Bundan sonra qarşıda hansı yeni işlər var?

-  Dekabrda növbəti klipimi təqdim edəcəyəm. Mahnı sevgidən bəhs edir, amma klip tam fərqli olacaq. Ssenarini mənə danışanda həyəcan keçirdim. Belə klip olmayıb. Tərəf müqabilim də olacaq. Klip xoşbəxt sonluqla bitməyəcək. Mahnının sözləri Türkiyə türkcəsindədir, Zülfi Bədəlov yazıb. Özüm xahiş etdim ki, sözlər Türiyə türkcəsində olsun. Skripkalardan istifadə olunub. Əvəz Muradovun işinə heç kimin şübhəsi ola bilməz, onun kimi aranjemanı bilən yoxdur, o sənətkardır. Bəstəni 3-4 adama dinlətmişəm, çox bəyəniblər. Klipi də gənc rejissor çəkəcək. Stilist Elnur Həsənovla çalışacağıq. Qarşıda böyük iş qalıb, ciddi-ciddi hazırlaşıram. Əməkdar artist Münəvvər Əliyeva ilə danışmışam. O "Qatil"də elə obraz yaradıb ki, onun təcrübələrinə ehtiyacım var. Qəbul etsə, onu da klipə çəkəcəyik. Razılaşmasa, gərək mənə obrazın incəliklərini öyrətsin.

-  Uzun illərdir ki, şou-biznesdə olan durğunluq artıq aradan qalxır. Ard-arda müğənnilər klip çəkdirir.  - Durğunluq hamıda olub və dana bilmərəm ki, bu situasiyanı Aygün Kazımova və Röya Ayxan aradan qaldırdı. Bu sağlam rəqabət idi. Biri də var ki, kiminsə işinə baxırsan və "əşi onun gördüyü iş nədir?" deyirsən. əgər kiminsə işini bəyənmirsənsə, onun gördüyü işdən daha yaxşısını etməlisən. Təki biz müğənnilər bir-birimizin gördüyü işə sevinək, xoş sözlər deyək və sağlam rəqabət olsun. Xanım müğənnilər çox aktivdir. Mən bunu bəyənirəm və bu mənə stimul verir.

- Yeni çəkiləcək serialda rol alacaqsınız. İndiyə kimi serial təkliflərini rədd etmisiniz, bunu qəbul etməyinizə səbəb nə idi?

- Bu yaxınlarda təzə serialın çəkilişləri başlayacaq, baş rolu canlandırmaq mənə təklif olunub. Ssenarini müzakirə etməmişik. Elə insan mənə təklif edib ki, etiraz edə bilmədim. Sənətdə, şou-biznesdə elə insanlar var ki,  mən onlara yox deyə bilmirəm. Onlara ayrıca hörmətim var. Jurnalist Aynur Qacıyeva var, o məndən müsahibə alanda məmnun olurdum. Bilirdim ki, məni tənqid edəcək. Amma onun jurnalistlik fəaliyyətinə bələd idim, peşəkarın tənqidi mənə xoş idi. Eləcə də, keçən dəfə əməkdar artist Dilarə Əliyeva "Balsız" serialında çəkilməyimi istədi, razılaşdım.  Yeni serialda pozitiv qadını canlandırıram. Bilirəm ki, çətin olacaq, mən hər şəraitə uyğunlaşa bilmirəm. Amma söz vermişəm, hər çətinliyə dözəcəyəm.

- Qonorar sizi qane etdimi?

- Ödəniş olacaq. Məni qane etməsə də, razılaşdım. Arada xətir-hörmət var. Ödənişsiz, heç bir işdə rol almaram.

- Sizin aktrisa kimi kamera qarşısına keçməyiniz birmənalı qarşılanmayacaq. Xarici ölkələrdə məşhurlar seriallara çəkildiyi halda, bizdə bu addım tənqid olunur ki, hərə öz işi ilə məşğul olsun. Sizin üçün də deyəcəklər ki, Nura da aktrisa oldu.

- Tənqid nə qədər olursa, olsun. Dünyada qəbul edilmiş tendensiyavar: aktrisalar müğənnilik, müğənnilər aktrisalıq edir. O zaman muzklda aktrisalar mahnı oxumasın, müğənni dəvət etsinlər. Müğənnilik, aktrisalıq, aparıcılıq hamısı bizim sənətə aiddir. Mənim 3 bəstəm var, bir neçə mahnımın musiqisini özüm yazmışam. Bu o demək deyil ki, mən bəstəkaram və ya şairəyəm. Bu sahənin içində püxtələşmişəm. Artıq kameranı, görüntünü bilirəm. Sabah klip də çəkə bilərəm. Yersiz tənqidləri ciddiyə almıram.


Xəbərə aid fotolar