Yaşlandığınızı göstərən doqquz


Digərləri 28 Okt 2018 19:08:00 259 0

Yaşlandığınızı göstərən doqquz

"Bioloji mənada yaş artdıqca yaxşılaşan bir şey tanımıram."

İspaniyanın Onokoloji Araşdırmalar üzrə Milli Mərkəzindən həkim Manuel Serrano-nun bu fikri adamda ruh düşkünlüyü yaradır.

O, Yaşlanmanın Əlamətləri (The Signs of Ageing) adlı yeni bir araşdırmanın müəlliflərindən biridir. Araşdırmada müəlliflər zaman keçdikcə orqanizmimizin daxilində baş verən əsas proseslərin siyahısını təqdim ediblər.

"Bunlar qaçılmaz faktorladır," Serrano BBC-yə deyib.

"Onlar insanların həyat tərzi və genetikasından asılı olaraq müxtəlif şəkildə təzahür edə bilər. Lakin həmişə baş verirlər," həkim əlavə edib.

İnsanlar da daxil olmaqla məməlilərdə yaşlanmanı göstərən doqquz faktor aşağıdakılardır.

Yaş artdıqca DNT-də pozuntuların sayı artır.

1. DNT zədələnməsi artır

DNT-miz hüceyrələr arasındakı genetik koddur.

Yaşlanma isə proses zamanı baş verə biləcək mümkün xətalar riskini artırır.

Bu xətalar da hüceyrələrdə üst-üstə yığılır.

Həmin fenomen genetik qeyri-sabitlik kimi tanınır və daha çox DNT xətalarının kök hüceyrələrə təsiri ilə xarakterizə olunur.

Genetik qeyri-stabillik kök hüceyrələrinin funksiyasını təhlükə altına sala bilir.

Əgər xətalar yığılarsa, hüceyrə xərçəngə çevrilə də bilər.

2. Xromosomlar köhnəlir

Yaş artıqca hüceyrələr daha çox zədələnir

DNT liflərinin uçunda xromosomlarımızı qoruyan başlıqlar mövcuddur - ayaqqabı bağlarının ucundakı plastiklər kimi.

Onlar telomerlər adlanır. Yaşa dolduqca bu buferlər yeyilir və xromosomlar müdafiəsiz qalır. Bu isə xromosomların yanlış şəkildə artmasına və beləliklə problemlərə səbəb olur.

Araşdırmanın müəllifləri telomer yeyilməsinin ağ ciyər fibrozu və aplastik anemiya kimi xəstəliklərə yol açdığını düşünürlər.

Artıq alimlər telomerlərin ömrünü uzadan telomeraz fermentinin səviyyəsini artırmağa müyəssər olublar.

Siçanlar üzərində aparılan araşdırmalar göstərib ki, telomerazları uzatmaqla gəmiricinin də həyatını uzatmaq mümkündür.

Ekspertlər qeyd edirlər ki, yaşlı insanlar özlərini daha xoşbəxt və sağlam sayırlar

3. Hüceyrələrin fəaliyyəti təsirlənir

Orqanizmlərimiz DNT ifadəsi adlı bir proses də icra edirlər ki, bu zaman müəyyən hüceyrənin minlərlə geni hüceyrənin nə edəcəyinə qərar verir, məsələn, dəri hüceyrəsi kimi davransın, yoxsa beyin hüceyrəsi kimi.

Vaxt və həyat tərzi həmin göstərişləri dəyişə bilər.

Buna görə də hüceyrələr mükəlləfi olduqları davranışdan fərqli davranış nümayiş etdirə bilərlər.

Yaşın nə fərqi var ki?

4. Hüceyrə yenilənməsi qabiliyyətimizi itiririk

Hüceyrələrimizdəki zədələnmiş komponentlərin yığılmasının qarşısını almaq üçün orqanizmimizin ehtiyatı davamlı şəkildə yeniləmək qabiliyyəti var.

Amma bu bacarıqlar da yaşlanma əsnasında yavaşıyır.

Sonra hüceyrələr gərəksiz və ya zəhərli proteinlər yaratmağa başlayır. Bunların bəziləri isə Alzheimer və ya Parkinson xəstəliklərinə yol açır.