"Adları “Qara siyahı”ya salınır, “qara qutu”dan çıxırlar


Digərləri 28 Okt 2018 17:34:00 301 0

"Adları “Qara siyahı”ya salınır, “qara qutu”dan çıxırlar

"İllərdir müxtəlif adlar və təyinatlar altında daldalanıb reketçiliklə, şantajla, ictimai-siyasi "maşa" funksiyasını yerinə yetirməklə qanunlara, dəyərlərə meydan oxuyan cinayətkarları media sektorundan təmizləyə bilmirik".

Son.az xəbər verir ki, bu sözləri siyasi ekspert Elçin Mirzəbəyli son zamanlar tüğyan edən reket jurnalistikası ilə bağlı deyib.

"Adları "Qara siyahı"ya salınır, "qara qutu"dan çıxırlar. Əməllərinə görə məhkəmə qapılarından dışarı çıxmayacaqlarını düşünürsən, çıxmaları bir yana qalsın, pərvazlanıb uçurlar, əvvəl 1 saytları vardısa, 5-ni açırlar", - deyə o, fikrini izah edir.  

Ekspert həmçinin bildirib ki, onlar Mətbuat Şurasının İdarə Həyətinin üzvlərini, Azərbaycan dövlətinə, onun informasiya təhlükəsizliyinə xidmət edən hər kəsi açıq-aşkar, çəkinmədən şantaj edirlər: 

"Onlara qahmar çıxanlar, hətta "peşəkar jurnalist" adlandıranlar, dəstək verənlər də tapılır, təəsüf ki.. O cümlədən "xidmətlərindən" istifadə edənlər də...