Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum zamanı ölənlərin ailələrinə başsağlığı verib


Digərləri 28 Okt 2018 16:42:48 385 0

Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum zamanı ölənlərin ailələrinə başsağlığı verib

Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib

Bakı. Azərbaycan XİN Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün "Twitter" hesabında yazıb. L.Abdullayeva qeyd edib: "Biz Pittsburqda sinaqoqda baş verən qəddar cinayətə görə kədərlənirik. Biz ölən və xəsarət alanların ailələrinə səmimi başsağlığımızı bildiririk". Qeyd edək ki, ğtən gün ABŞ-ın Pittsburq şəhərində silahlı şəxs sinaqoqa daxil olaraq insanlara atəş açmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra atışma başlayıb. Atışma nəticəsində 11 nəfər həlak olub, 4-ü polis olmaqla 6 nəfər isə yaralanıb. Silahlı 48 yaşlı Rob Bauer yaralanaraq polislərə təslim olub və o, xəstəxanaya yerləşdirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin