Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb


Digərləri 28 Okt 2018 16:27:00 245 0

Bu il Azərbaycanda 1.4 milyarddan çox sərnişin daşınıb

2018-ci ilin yanvar-sentyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 169,8 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artım müşahidə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, yüklərin 3,6 faizi dəniz, 6,1 faizi dəmir yolu, 0,1 faizi hava, 64,9 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1 milyard 456,7 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox sərnişinə xidmət göstəriblər.