“İrəli” İctimai Birliyi intellektual yarışlara start verdi


Kriminal 28 Okt 2018 16:02:00 369 0

“İrəli” İctimai Birliyi intellektual yarışlara start verdi

"Azərbaycan İntellektual Birİncisi" layihəsi üçüncü mövsümdür ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi" layihəsi həyata keçirilir.

"Azərbaycan İntellektual Birİncisi" layihəsinin açılış mərasimi baş tutub.  Azərbaycan Respublikasının Dövlət Himni səslənib və daha sonra  YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov, Binəqədi rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə müdir müavini Şəmsi Gülverdiyev, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev  çıxış edib və layihə iştirakçılarına uğurlar arzulayıblar. Çıxış edən "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətədavamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir. Sədr qeyd edib ki, bu gün gənclər üçün, onların bu kimi layihələrdə iştirakı üçün dövlət tərəfindən bütün şərait yaradılıb.   

Rəsmi hissə bitdikdən sonra Binəqədi, Yasamal, Xətai, Xəzər, Nərimanov, Nəsimi, Nizami, Səbail, Suraxanı, Sabunçu, Qaradağ rayonlarının gənc intellektuallarının iştirakı ilə Bakı şəhər turniri keçirilib.   

4 intellektual oyunu ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap", "Vətəni Tanı") əhatə edən layihədə "Nə? Harada? Nə zaman?" intellektual oyununda Səbail, "Vətəni tanı" intellektual oyununda Xətai, "Axtar-tap" intellektual oyununda Sabunçu, "Xəmsə" intellektual oyununda Xəzər rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.