Baş redaktor: "Mətbuat və söz azadlığından suiistifadənin qarşısının alınması milli təhlükəsizliyin çox vacib şərtlərindən biridir"


Digərləri 28 Okt 2018 15:03:00 234 0

Baş redaktor: "Mətbuat və söz azadlığından suiistifadənin qarşısının alınması milli təhlükəsizliyin çox vacib şərtlərindən biridir"

Azərbaycanda mətbuat və söz azadlığının mövcud imkanlarından sui-istifadə hallarının qarşısının qətiyyətlə alınması milli təhlükəsizliyin və ictimai həmrəyliyin çox vacib şərtlərindən biridir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, ölkəmizdə bu istiqamətdə ictimai qınaq və hüquqi cəza müstəvisində atılan addımlar səmərə verir və özünü tam doğruldur:

"Mətbuat Şurasının tənbeh tədbirləri və hüquq-mühafizə orqanlarının addımları prinsipcə bir-birini tamamlayır və hüquqi dövlətçilik mühitinin daha təkmilləşməsinə öz töhfəsini verir. Mətbuat Şurasının konkret media subyektləri ilə bağlı qərar və tövsiyələri mütləq əksər hallarda anlayısla qarşılanaraq fəaliyyət üçün əsas götürüldüyü halda, peşə etikasına və müvafiq qanunlara saymazyana yanaşaraq öz ziyanvericilik işini davam etdirən media rəhbərləri də tapılır. Bu günlərdə "Reallq.info" saytının rəhbəri İkram Rafiqoğlu ilə bağlı hüquq-mühafizə orqanlarının qəbul etdiyi qərar sərt görünsə də, yetərincə böyuk əsaslara malikdir. Azərbaycan hüquq cəmiyyətini möhkəm bərqərar etmək yolu ilə getdiyi üçün burada bütün peşələr kimi, jurnalistlərin də fəaliyyəti qanunla və peşə etikası qaydaları ilə tənzimlənir, eləcə də bütün cəzalar qanun çərçivəsində həyata keçirilir. İkram Rafiqoğlu Mətbuat Şurasının tövsiyə və iradlarına illər boyu pozucu və bloklayıcı münasibətlə özü haqqında hüquqi müstəvidə müvafiq qərarın qəbul edilməsini tam yetişdirdi, hüquqi cəzasını aldı".