Hökumət əlacsız qalıb Azərbaycanın layihəsinə icazə verdi,


Digərləri 28 Okt 2018 14:12:00 225 0

Hökumət əlacsız qalıb Azərbaycanın layihəsinə icazə verdi,

İtaliyada hökumətin Transadriatik qaz kəmərinin (TAP) tikintisinin bərpa edilməsinə gözlənilmədən icazə verməsinin ardınca "No TAP" hərəkatı nümayişlərə başlayıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, hərəkat bu gün oktyabrın 28-də yerli vaxtla saat 10-da TAP kəmərinin keçdiyi sahilyanı San-Foka bölgəsində nümayiş keçirəcəyini elan edib.

İtaliyanın baş naziri Cüzeppe Konte ötən gün TAP-ın tikintisinin bərpa edilməsinə icazə verilməsi barədə qərar imzalayıb. Baş nazir bildirib ki, artıq bu layihəyə müdaxilə etmək və dayandırmaq mümkün deyil. Çünki əvvəlki hökumət layihə ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb.

Qərarla bağlı etirazların baş qaldırılmasının ardınca baş nazir deyib ki, TAP-n ətraf mühitə təsiri barədə iki aydır araşdırma aparılırdı və nəticələrə əsasən bu qaz kəməri ekoloji standartları pozmur. Baş nazirin müavini Di Mayo isə bildirib ki, TAP-ın tikintisi dayandırılsaydı hökumət böyük məbləğdə cərimələr ödəməli olacaqdı.


Xəbərə aid fotolar