ABŞ Avropaya külli miqdarda silah göndərdi


Dünya 28 Okt 2018 11:49:00 238 0

ABŞ Avropaya külli miqdarda silah göndərdi

Oktyabr ayında Pentaqon ABŞ Hərbi Hava Qüvvələrinin Almaniyadakı "Ramştayn" aviabazasına təxminən 100 konteyner silah və avadanlıq göndərib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə hərbi bazanın rəsmi saytında informasiya yayılıb.

Məlumata görə, sözügedən çatdırılma 1999-cu ildə ABŞ-ın Yuqoslaviya ərazisində 900-dən artıq reyd həyata keçirdiyi dövrdən sonra Avropaya ən böyük silah-sursat çatdırılması olub.