"The Independent": 1 milyondan çox britaniyalı yeni referendum istəyir


Dünya 28 Okt 2018 10:44:00 289 0

"The Independent": 1 milyondan çox britaniyalı yeni referendum istəyir

Böyük Britaniyada bir milyondan çox insan ölkənin Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı yeni referendumun keçirilməsi üzrə petisiyanı imzalayıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.

Nəşrin xəbərinə görə, hazırda Böyük Britaniya hökuməti "Brexit" üzrə yeni referendumun keçirilməsinin əleyhinədir.