Gürcüstanda prezident seçkiləri başladı


Dünya 28 Okt 2018 09:14:00 256 0

Gürcüstanda prezident seçkiləri başladı

Gürcüstanda saat 08:00-da prezident seçkilərində səsvermə üçün səsvermə məntəqələri açılıb.

Son.az Report-a istinadən xəbər verir ki, büllütenlərdə qeydiyyatdan keçmiş 25 namizədin adı olacaq. Ancaq buna qədər iki namizəd - Akaki Asatiani və Vaxtanq Qabuniya namizədliyini geri çəkib.

Ekspertlərin qiymətləndirməsinə və sosioloji sorğuların nəticələrinə əsasən, əsas mübarizə üç namizəd - keçmiş xarici işlər naziri Salome Zurabişvili, "Güc və Birlik" müxalifət blokunun namizədi Qriqol Vaşadze və Avropa Gürcüstanı Partiyasının namizədi David Bakradze arasında gedəcək.