Subay qızları özündən çıxaran


Digərləri 27 Okt 2018 23:40:00 345 0

Subay qızları özündən çıxaran

Yay ayıdır. Subayların ard-arda toy xəbərlərini eşidir, toy dəvətnamələrini alırıq. Sağ əlləri subayların başına. Ancaq sağ əl çəkməklə iş bitmir. Ətrafında hər gün yeni bir toy xəbəri eşidən subay qızların içi qan ağlayır sanki. Subay qızları özündən çıxaran halları təqdim edirik.

Subay qızlar "sənin üçün olsun, sağ əlim sənin başına" deyənlərdən bezib artıq. "Onsuz da öz dərdimiz özümüzə yetir, bir də siz başlamayın. Süni, məcburi gülüşlərə görə sonda üz iflici keçirəcəyik", - deyə düşünərlər.

Toyda sizinlə həzin musiqini oynayacaq yaraşıqlı bir bəy tapmamaq lap böyük bir dərddir.

Yay fəslində edə biləcəyiniz bir çox əyləncələr olduğu halda, sizi məcburən hər həftəsonu bir qohumunuzun, ya tanışınızın toyuna sürükləyirlər.

Toyda gördüyünüz bütün yaraşıqlı oğlanların hər birinin sevgilisinin olduğunu bilib məyus olmaq.

Dostlarınızın subay və sizinlə yaşıd dostları var, ancaq onlarla tanış deyilsiniz. Belə iş olmaz!

Toylarda dikdaban ayaqqabı ilə rəqs edib yallı getmək subay qızların öhdəsinə düşür.

Rəfiqəniz toy stressini sizdən çıxarır. Buna nə qədər dözsəniz də, sonda quru bir təşəkkürə layiq görülmürsünüz. Ancaq yenə də sizi öldürmədiyinə şükür edin, təşəkkür gözləməyin.

Geyinməyəcəyi halda həmin sezonun bütün gəlinlik modellərindən xəbərdar olmaq.