Dismarfobiyanı necə müalicə etməli?


Digərləri 27 Okt 2018 23:21:00 256 0

Dismarfobiyanı necə müalicə etməli?

Çoxlu fobiya növləri var və onlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ən çox yayılan fobiya növlərindən biri də dismorfobiyadır. Dismorfobiya insanın bədən quruluşundakı çatışmazlıqlardan kompleks yaratması və bu problemlərin normal həyata təsir etməsidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, "güzgü xəstəliyi" kimi tanınan bu fobiyanın əslində düşünüldüyü qədər nəzərə çarpmayan qüsurların həddən artıq şişirdilməsidir. Həmin şəxs bu kiçik qüsuruna xüsusi fikir verir və onunla daim məşğul olur: "Dismorfobiyanın yeniyetməlik dövründə meydana çıxması bəzən insanların düşüncəsində sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanır və bu da onların psixikalarında çatışmazlıqların əmələ gəlməsinə səbəb olur. Dismarfobiyanın üstünə nə qədər tez düşülsə, o qədər yaxşı nəticə əldə etmək mümkündür. İnsanın hobbi və maraq dairələrini inkişaf etdirməklə onu özünə aludəçilikdən xilas etmək olar".