Rusiyanın məşhur balet ulduzları Bakı səhnəsində çıxış ediblər


Digərləri 27 Okt 2018 23:16:00 276 0

Rusiyanın məşhur balet ulduzları Bakı səhnəsində çıxış ediblər

Oktyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qu gölü" baleti təqdim olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, səhnə əsərində əsas rollarda Rusiya Dövlət Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri, beynəlxalq müsabiqələr laureatları Alyona Kovalyova (Odetta-Odilliya) və Yakopo Tissi (Şahzadə Ziqfrid) çıxış ediblər. Rusiyalı balet ustaları ilə yanaşı, tamaşada teatrın solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, aparıcı solistlər Elmira Süleymanova, Cəmilə Kərimova, Ayan Eyvazova və digərləri yer alıblar.