Moskvada erməni memara heykəl qoyulmasına qarşı


Dünya 27 Okt 2018 23:17:00 265 0

Moskvada erməni memara heykəl qoyulmasına qarşı

Moskvada erməni memar Karo Alabyana heykəl qoyulmasına qarşı etiraz aksiyası keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabr ayında Ermənistanın Rusiyadakı səfirliyinin Alabyana abidə qoyulması təklifi Moskva mədəni irs departamenti tərəfindən bəyənilmişdi. Yekun qərarı isə Moskva şəhər Duması oktyabrın sonlarında verməlidir. Bir qrup memar Alabyanın heykəlinin qoyulmasına qarşı çıxaraq petisiya imzalayıb. Onlara yüzlərlə şəhər sakini də qoşulub.

Karo Alabyan SSRİ Memarlıq Akademiyasının birinci vitse-prezidenti, Moskvanın baş memarı və "SSRİ memarlığı" jurnalının məsul katibi, Anastas Mikoyanın yaxın dostu olub.

Avanqard Mərkəzinin rəhbəri, memarlıq tarixi üzrə mütəxəssis Aleksandra Selivanova Alabyanın sovet memarlığında roluna yenidən baxılması üçün artıq uzun illərdir mübarizə aparır və hətta onun elmi işlərindən biri bu mövzuya həsr olunub. A.Selivanova özünün "Facebook" səhifəsində yazır ki, "donos"la məşğul olan və ötən əsrin əvvəllərində repressiyalarda iştirak etmiş bir kəsə heykəl qoyulması tamamilə yolverilməzdir. Selivanovanın sözlərinə görə, Alabyan SSRİ Memarlar İttifaqında yaradıcı mühiti dağıtmış, işini yerlibazlıq və "donos"lar əsasında qurmuş, müsabiqələrin nəticələrini saxtalaşdırmış bir adamdır.