Eynşteyni öldürən təhlükəli xəstəlik


Digərləri 27 Okt 2018 22:20:00 235 0

Eynşteyni öldürən təhlükəli xəstəlik

Əgər əlinizi qarnınıza qoyduqda ürəyiniz qarnınızdaymış kimi güclü nəbz vurması hiss edirsinizsə...

Tibb dilində "Abdominal aort anevrizması" adlanan ana arteriyanın qarın nahiyəsindəki qisminin genişlənməsi surpriz ölümlərlə nəticələnir.

Mütəxəssislərə görə, əgər əlinizi qarnınıza toxundurduqda sanki ürəyiniz orda imiş kimi güclü nəbz vurması eşidirsinizsə, Eynşteyn kimi "Abdominal aort anevrizması"sınız.

Həkimlər Albert Eynşteynin də eyni xəstəlikdən həyatını itirdiyini və erkən diaqnoz qoyulmadığı halda, bu xəstəliyin 60 faiz ölümlə nəticələndiyini bildirib. Bu xəstəlik heç bir əlamətlə özünü büruzə vermədiyi üçün qarın bölgəsində genişlənən arteriya damarının müəyyən bir müddət sonra yırtılması ilə nəticələnən halların 60 faizi ölümlə sonlanır.

Bu xəstəliyin 95 faizi qarın nahiyəsində baş verir. Ürəkdən qanı alaraq orqanlara paylayan arteriya damarı bəzi  insanlarda müxtəlif səbəblərdən dolayı genişlənir. Arteriya damarının normal ölçüsü 2-4 sm olur. Əgər bu ölçü  4 metrdən artıq olarsa, bu, artıq aort anevrizmasıdır.

Ölçüsü 5 sm-dən çox olduqda, artıq əməliyyata ehtiyac duyulur. Xaricdən heç bir əlamətlə müəyyən edilməyən bu xəstəliyi xəstənin öz-özünü müayinə etməsi zamanı ortaya çıxarmaq olur.

Çox kök olmayan və abdominal aort anevrizması olan insan əlini qarnına toxundurduqda ürəyinin orda döyündüyünü hiss edər. Güclü nəbz duyur. Ailəsində bu xəstəliyə rastlanan insanların da buna yoluxma ehtimalı yüksəkdir.