Qucaqlaşmaq əzələni gücləndirir –


Digərləri 27 Okt 2018 21:50:00 384 0

Qucaqlaşmaq əzələni gücləndirir –

Sevərkən və qucaqlaşarkən ifraz olunan oksitosin hormonu əzələləri gücləndirir və piylənmənin qarşısını alır.

Kaliforniya Universitetində elm adamlarının apardığı araşdırma zamanı "sevmək", yaxud "qucaqlaşmaq" hormonu kimi də tanınan oksitosinin yaşlı insanlarda əzələ gücləndirmək və piylənmənin qarşısını almaq kimi təsirə malik olduğu müəyyənləşib.

Yaşlı siçanlara inyeksiya edilən bu hormonun təsirindən əzələlərinin gənc siçanlarda olduğu kimi yüzdə 80 daha sürətli gücləndiyi ortaya çıxıb.