Hər kəs üçün vacib məsləhət: dişlərinizi belə qoruyun


Digərləri 27 Okt 2018 21:55:00 296 0

Hər kəs üçün vacib məsləhət: dişlərinizi belə qoruyun

Diş sağlamlığı hər nə qədər diş fırçalama və ağız qulluğuna bağlı olsa da, qidaların da əhəmiyyətli təsiri var.

Diş sağlamlığı üçün ən əhəmiyyətli 10 amili təqdim edirik.

1. Mexaniki təmizlik. Çeynəmə zamanı mexaniki olaraq dişdə təmizlik gedir. Buna görə ağzın daha az çeynənilən qismində çürüklər daha çox olur. Sərt və lifli qidalar dişdə mexaniki təmizlik edir. Alma, kök, kərəvəz sapı kimi sərt qidaların mexaniki təmizlik təsirindən yararlana bilərsiniz.

2. Saqqız. Saqqız ağız tüpürcəyinin ifrazını artırır. Tüpürcək öz növbəsində ağız daxilində mexaniki təmizlik edir. Çeynərkən şəkərli yox, dadsız, ya da nanəli saqqız çeynəyin.

3. Çürüyün qarşısını alan qidalar. Pendir, şəkərsiz qidalar, şəkərsiz saqqızların içinə qoyulan xylitol maddə və inək südü çürüyün qarşısını alır. Dişlərinizi fırçalamadıqda yediyiniz kiçik bir dilim pendir diş fırçalamağın yerini verə bilər. Ancaq çox məcbur qaldığınız vaxtlarda bunu edin. Yəni hər gün "dişlərmi fırçalamayım, pendir yeyim", - deməyin.

4. Yer fındığı tüpürcək ifrazını artırdığı üçün çürüklərin qarşısını alır.

5. Şəkərsiz süd. Süd kalsium qaynağı olduğundan dişlər üçün çox faydalıdır. Ancaq gecələr uşaqlara verilən südə şəkər qatmayın.