Hulusi Akar və Sergey Şoyqu bir araya gəldilər
Dünya 27 Okt 2018 21:29:00 299 0
Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib.
Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Türkiyədə keçirilən görüşdə tərəflər Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar. Danışıqlarda İdlibdəki vəziyyət və bölgədə təhlükəsizliyin təmin olunması məsələləri müzakirə olunub.
Mənbə: milli.az