Dırnaq formasına görə


Digərləri 27 Okt 2018 20:15:00 323 0

Dırnaq formasına görə

Əziz xanımlar, artıq kişilər dırnaqlarınızın formasından da sizin xarakterinizi tanıya biləcəklər.

Son.az Rusiya mətbuatına istinadən bildirir ki, manikürlə qadının xarakteri arasında birbaşa əlaqə var.

Kvadrat dırnaq forması

İti zehin, hər şeyi bilmək həvəsi, yüksək intellektual keyfiyyətlər, diqqətlilik və gözüaçıqlıq dırnaqlarını kvadrat formasında kəsdirən qadınlara xas olan cəhətdir. Bu cür dırnağın sahibləri nizam-intzamlı həyatı sevirlər. Bütün problemlərə və uğurlara fəlsəfi nöqteyi-nəzərdən baxırlar. Bu cür adamlar işdə və şəxsi həyatda ürəklərinin səsinə deyil, məntiqə əsaslanırlar.

Düzbucaqlı dırnaq forması

Dırnaqları düzbucaqlı olan xanımlar adətən işğızar olurlar. Bu cür adamların xarakterində maksimalizm, sadəlöhvlük, xeyirxahlıq, nikbinlik, emosionallıq əsas cəhətlərdir. Bu adamlar hər şeyi və hər kəsi ideallaşdıra bilərlər. Bu adamlar çox şeyi taleyin hökmünə buraxsalar, da, qarşılarında qoyduqları məqsədlərə çatırlar.