Meyvətərəvəzlərin düzgün yuyulma


Digərləri 27 Okt 2018 19:40:00 246 0

Meyvətərəvəzlərin düzgün yuyulma

Meyvə və tərəvəzlərin düzgün yuyulması ilə bağlı bəzi məlumatları təqdim edirik.

Meyvə və tərəvəzlərin içində olan bəzi vitaminlər su iə birgə axıb gedir. Buna görə meyvə və tərəvəzlər axan gur suyun altında uzun müddət yuyulmamalıdır.

Tərəvəzləri bütov halı ilə suya basaraq yumaq lazımdır. Dilimlərə ayırıb sonra yumaqla içindəki vitaminlər ölə bilər. Tərəvəzlər bişirilməzdən əvvəl bıçaqla, ya əllə böyük tikələrə bölünməlidir. Nə qədər böyük tikələrə bölünərsə, vitamin dəyəri bir o qədər aşağı düşər.

Yemək bişirərkən qazanın ağzını bağlı saxlamaq lazımdır. Bununla buxar itməz və yeməyin bişmə müddəti qısa olar. Tərəvəz və meyvələr mümkün olduğu qədər qısa müddətdə bişirilməli və diriliyi saxlanmalıdır. Çünki B və C vitaminləri istiliyin təsirindən çox tez yox ola bilər.

İspanaq, brokoli, kələm, balqabaq, badımcan kimi tərəvəzlər ən az 10 dəqiqə bişirilməlidir. Lobyanın da 20 dəqiqə bişirilməsi bəsdir. Tərəvəz, makaron və quru paxlalıların bişirildiyi suları kənara atmayın. Onları sous olaraq hazırladığınız yeməyin üzərinə tökməklə yeməyin dəyərini artıra bilərsiniz.