Hamilələr 20ci həftəyə kimi antibiotikdən maksimum uzaq durmalıdır


Digərləri 27 Okt 2018 19:25:00 346 0

Hamilələr 20ci həftəyə kimi antibiotikdən maksimum uzaq durmalıdır

Makrolid, xinolon, tetratsiklin, sulfonamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir.

Bunu Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma sübut edir.

Son.az medicina.az-a istinadən bildirir ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb.

Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul etmişdilər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırmışdı.