Bu xəstəlikləri olanlara sarıkök


Digərləri 27 Okt 2018 19:26:00 294 0

Bu xəstəlikləri olanlara sarıkök

Sarıkök bütün dünyada ən tez-tez istifadə olunan ədviyyatlardan biridir.

Sarıkök yeməkərə xoş dad və rəng bəxş edir. Bundan əlavə sarıkök insan sağlamlığı üçün olduqca faydalıdır. Sarıkökün güclü antioksidant xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərin sayəsində sarıkök bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, son zamanlar sariköklü içkilərin və kapsul şəklində sarıkökün qəbulu çox populyardır. Lakin nəzərə almaq lazımdır ki, sarıkökün çoxlu miqdarda qəbulu orqanizmə ciddi ziyan vura bilər, zəhərlənmə, həzm sistemi pozulmaları və hətta qaraciyərin ciddi zədələnməsinə səbəb ola bilər. Müasir farmakologiyanın banisi Parasels dediyi kimi: "Hər şey zəhərdir, hər şey dərmandır, hər ikisini miqdar təyin edir".

Healthy Holistic Living jurnalında dərc olunmuş məqalədə mütəxəssislər xəbərdarlıq edir ki, sarıkökü gün ərzində 1 ç.q.-dan artıq qəbul etmək olmaz. Bu miqdarın hamısını birdən deyil, 3 dəfəyə qəbul etmək lazımdır. Lakin burada söhbət yalnız sağlam insanlardan gedir. Bəzi xəstəliklər və pozulmalar zamanı sarıkökün istehlakı ziyan vura bilər.

Belə ki, mütəxəssislər hamilə qadınlara sarıkökün istehlakını azaltmağı tövsiyə edirlər. Sarıkök uşaqlığın tonusunu artıra bilər. Keçmişdə doğuşu asanlaşdırmaq üçün qadınlara sarıkök dəmləməsini verirdilər.

3 yaşına qədər uşaqlara sarıkökü vermək tövsiyə edilmir.

Bəzi insanlarda sarıkök allergiya və fərdi dözümsüzlüyə səbəb ola bilər.

Öd daşı xəstəliyi zamanı da sarıkökün qəbulu arzuolunmaz sayılır. Sarıkök güclü ödqovucu xüsusiyyətlərə malikdir ki, bunun nəticəsində öd kisəsində olan daşlar öd axarlarına düşə bilər. Bu isə güclü ağrılara və xəstənin vəziyyətinin ağırlaşmasına gətirib çıxarda bilər.