Sarılıq? Ana südü ilə əmizdirin


Digərləri 27 Okt 2018 19:19:00 295 0

Sarılıq? Ana südü ilə əmizdirin

"Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq". (Qamər, 49)

Doqquz ay boyunca körpəsini qucağına alıb, elə ilk anlardan əmizdirməyi həsrətlə gözləyən gənc ananın arzuları bu sözlərlə çilik-çilik olaraq, məğlubiyyətə uğrayır. Ümidsizlik və təlaş içində qızılı rəngli balacasını "xilas" etmək üçün öz əlləri ilə fototerapiyanın ultrabənövşəyi şüalarına təslim edir.

...Bilirubin...Bu səhnə ilə tanış olan bir çox ana üçün övladının həyati mühüm orqanlarının qəsdinə durmuş potensial cəllad kimi görünməyinə baxmayaraq, əslində o bədbəxt bir qəhrəmandır. Bəli, yanlış oxumadınız. Aparılan araşdırmalar təsdiqləmişdir ki, bilirubin zərərli şlak yox, yeni doğulmuş körpənin qanında bu və ya digər problemlər səbəbi ilə meydana çıxan sərbəst radikalları zərərsizləşdirmək üçün Uca Xaliq tərəfindən proqramlaşdırılmış xeyirli anti-oksidantdır. Belə ki, başda professor Snayder olmaqla Con Hopkins Universitetinin əməkdaşlarının apardığı təcrübələr nəticəsində məlum olmuşdur ki, rezus-konflikt, hamiləlik və doğuşun tam şəkildə təbii aparılmaması (göbək ciyəsinin vaxtından əvvəl sıxılması, epidural anesteziyadan istifadə və s.) və digər səbəblər etibarilə qanda meydana çıxan sərbəst radikalların, beyin, ağ ciyər, böyrək və d. Orqanlara zərər verməməsi üçün körpənin qaraciyəri normadan yüksək həddə bilirubin istehsal edir, hər bir bilirubin molekulu isə özlüynüdə 10 min hidrogen peroksid molekulunu zərərsizləşdirmək üçün fəaliyyətə başlayır. Başqa sözlə, İlahi hikmətlə orqanizm özünümüalicə rejiminə keçid alır.

Son.az vin.az-a istinadən bildiriri ki, ABŞ Pediatriya Akademiyası yenidoğulmuşlarda sarılığın müalicəsi yönündə edilən xətalara toxunaraq, bildirmişdir ki, bilirubinin suda həll olma nəzəriyyəsi özünü doğrultmur. Habelə ənənəvi üsulla körpəyədekstrozanın (qlükoza məhlulunun) verilməsi nəinki bilirubinin həddinin aşağı salmadığını, əksinə nəcisin bərkiməsi nəticəsində toksinlərin orqanizmdən atılmasının gecikməsinə gətirib çıxardığını qeyd etmişdir. Məhz bu nöqtədə ana südü ilə əmizdirmək olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər çağırışa əsasən əmizdirməklə, bilirubinin zərərsizləşdirdiyi toksinlərin sidik və nəcislə orqanizmdən çıxması təmin edilir.

Əmizdirməklə bağlı yanlış təsəvvürlərdən biri də rezus-konflikt və nadir müşahidə olunan, digər xəstəliklərin fonunda inkişaf edən patoloji (hemolitik) sarılıq halında ana südündəki anticisimlərin uşağın qanına keçməsinə şərait yaratması haqdadır. Araşdırmalar isə bunun əksini göstərir: ana südündəki rezus anticisimləri mədə şirəsində məhv olur, eləcə də o, eritrosidlərin, qırmızı qan cisimlərinin dağılmasına nəinki təsir etmir(1), hətta yüksək sıxlıqla (tez-tez) əmizdirmək, sarılıq təzahürünün azalmasına gətirib çıxarır. Bu prossesdə xüsusən erkən əmizdirmə olduqca aktualdır: yetişmiş laktasiyadan əvvəl, doğuşun 1-3-cü günləri ərzində istehsal edilən qiymətli materialın - bulamanın qarınişlədici effekti yeni doğuımuşlarda mekoniyin (ilkin nəcis) və növbəti etapda yetişmiş nəcisin çıxmasını sürətləndirir, bununla da sarılığın dəf edilməsi tezləşir.(2)