RUSİYADA KURYOZ: Qubernator Putinin yerində əyləşdi, pərt oldu


Dünya 27 Okt 2018 18:04:00 287 0

RUSİYADA KURYOZ: Qubernator Putinin yerində əyləşdi, pərt oldu

Rusiyanın dövlət başçısı Vladimir Putin görüş zamanı səhvən prezidentin kreslosunda əyləşən Xantı-Mansiysk muxtar dairəsinin rəhbəri Nataliya Komarova ilə zarafatlaşıb.

Son.az interaz-a istinadən xəbər verir ki, o, qubernatordan yerini dəyişməsini istəməyib və sadəcə masa üzərindəki kağızların yerini dəyişməklə nümayişkaranə şəkildə jest edib.

Xanım məmur prezidentin bu hərəkətindən çaşıb qalıb və bilmədən dövlət başçısının yerində əyləşdiyi üçün nə deyəcəyini bilməyib.

"Heç bir şey yoxdur. Bura da yaxşıdır", - deyə Putin istehza ilə zarafatlaşıb.