Bu il Bakıda baş verən qəzalarda 147 nəfər həlak olub


Digərləri 27 Okt 2018 17:40:00 251 0

Bu il Bakıda baş verən qəzalarda 147 nəfər həlak olub

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Son.az-a verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.

E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.