Almeyda Qazaxıstan çempionu oldu
İdman 27 Okt 2018 17:23:00 267 0
Qazaxıstan Premyer Liqasında çempion məlum olub.
Goal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Riçard Almeydanın çıxış etdiyi Astana 31-ci turda ikinci pillədə yer alan Kayrat-ın İrtış-a məğlub olmasından sonra çempionluğu rəsmiləşdirib. Bununla da, 71 xalı olan Astana çempionatın sonuna 3 tur qalmış ən yaxın rəqibi Kayrat üçün əlçatmaz olub.
Astana ardıcıl 5-ci dəfə Qazaxıstan çempionu olub.
Mənbə: goal.az