Masallıda 10 il ərzində 12 min 553 xəstə gözündən əməliyyat olunub


Digərləri 27 Okt 2018 17:19:18 217 0

Masallıda 10 il ərzində 12 min 553 xəstə gözündən əməliyyat olunub

“Azərbaycan Respublikasının regionlarında oftalmoloqların təcrübəsində innovasiya texnologiyaları” mövzusunda VI regional konfransı keçirilib.

Bakı. İlhamə İsabalayeva - Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının regionlarında oftalmoloqların təcrübəsində innovasiya texnologiyaları” mövzusunda VI regional konfransı keçirilib. Trend-in məlumatına görə, Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-cu ildönümünə həsr olunmuş konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, oftalmologiya sahəsində çalışan region həkimlərinin bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Tədbirdə çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Elmar Qasımov bildirib ki, dövlətimizin başçısının əsas diqqət yetirdiyi sahələrdən biri də səhiyyədir. Azərbaycanda səhiyyə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəmizə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirilən konfranslarda da əsas vəzifə oftalmologiyanın beynəlxalq standartlar səviyyəsinə çatdırılmasıdır. Bildirilib ki, Milli Oftalmologiya Mərkəzinin Masallı filialı ən son texnoloji avadanlıqla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisasartırma kursları keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olurlar. 2008-ci il oktyabrın 7-də fəaliyyətə başlayan Masallı filialına ötən 10 il ərzində 76 min 342 nəfər müraciət edib, 12 min 553 xəstə üzərində əməliyyat aparılıb.