Qanunsuz yolla 700 qutudan çox siqaret gətirirdi, saxlanıldı


Digərləri 27 Okt 2018 16:56:00 260 0

Qanunsuz yolla 700 qutudan çox siqaret gətirirdi, saxlanıldı

Paytaxtda aksiz markası olmayan 700 qutudan çox tütün məmulatı aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin (BBGİ) Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə "Chevrolet Aveo" markalı avtomobildə aksiz markası olmayan siqaretlərin daşınmasına dair məlumat daxil olub.

Məlumat əsasında BBGİ-nin əməkdaşları Bakı şəhəri "Nizami" metro stansiyası yaxınlığında dayanmış avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin yük yerinə vizual baxış keçiriblər. Baxış zamanı avtomobilin yük yerində sellofan paketlərin içərisində aksiz markası olmayan siqaretlər müəyyən edilib. Daha sonra nəqliyyat vasitəsinə ətraflı gömrük baxışı keçirilməsi üçün BBGİ-nin inzibati binasına gətirilib.


Xəbərə aid fotolar