Neftçi-nin yeni bazasında tikinti başladı


İdman 27 Okt 2018 16:25:00 232 0

Neftçi-nin yeni bazasında tikinti başladı

"Neftçi”nin yeni bazasında tikinti işləri başlayıb.

Goal.az klubun saytına istinadən xəbər verir ki, komandanın yeni bazasında 6 mərtəbədən ibarət inzibati bina, beynəlxalq standartlara cavab verən süni meydança, həmçinin "Neftçi” Futbol Akademiyasına məxsus 3 mərtəbəli yataqxana olacaq.

Bazada olan üstüqapalı meydançanın yeri dəyişdiriləcək. Həmin meydançanın yerində 1000 nəfərlik azarkeş tutumuna və işıq projektoruna malik süni meydança tikiləcək. Bu meydança "Neftçi-2”, "Neftçi” Futbol Akademiyası komandalarının oyunları və məşqləri üçün nəzərdə tutulub.

Klubun yeni bazasında həkimlər, hakimlər və paltardəyişmə üçün otaqlar, eləcə də trenajor zalı tikiləcək. Bundan əlavə, əsas komandanın məşq meydançası üçün işıq projektoru quraşdırılacaq.

Yeni bazanın 2019-cu ilin ortalarında istifadəyə verilməsi planlaşdırılır.