Rəsmi Moskva: “Bəli, Rusiya Amerika ilə müharibəyə hazırlaşır”


Dünya 27 Okt 2018 16:24:00 290 0

Rəsmi Moskva: “Bəli, Rusiya Amerika ilə müharibəyə hazırlaşır”

Rusiya Xarici İşlər Nazirliyinin silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov ölkəsinin ABŞ-la müharibəyə hazırlaşdığını bildirib.

Son.az modern.az-a istinadən xəbər verir ki, o, BMT Baş Assambleyasının komitəsində çıxışı zamanı belə bəyanat səsləndirib.

Diplomat qeyd edib ki, Rusiya ABŞ-a qarşı "müdafiə xarakterli müharibəyə hazırlaşır".

"Burada az əvvəl iclas zamanı Amerika nümayəndəsi bəyan etdi ki, Rusiya müharibəyə hazırlaşır. Bəli, Rusiya müharibəyə hazırlaşır və mən bunu təsdiq edirəm"-Belousov BMT-nin Moskvanın orta və yaxın mənzilli raketlərin ləğvinə dair Rusiya-ABŞ müqaviləsinin dəstəklənməsinə dair qətnamə layihəsinin əleyhinə səs verməsinin ardınca bəyan edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp ölkəsinin həmin müqavildən çıxdığını elan edib.

Qeyd edək ki, Tramp bunu bunu Rusiyanın müqavilənin şərtlərinə əməl etməməsi ilə əsaslandırmışdı.